Bəzən uşaqlarda olur ki,gecə yatarkən altlarını isladırlar.Bəs bunun səbəblərini bilirikmi niyə uşaqlar yatarkən altlarını isladırlar.Gəlin birlikdə öyrenək.
Alt islatmanın səbəbləri:
Böyrək, sidik torbası və boşaltma yollarındakı problemlər.
Bağırsaq qurdları.
Onurğanın alt tərəflərində çəngəlli tikan deyilən bir problemin olması. Bu cür uşaqlarda yuxu dərindir. Bu problemlər nəticəsində dərin yuxuda sidik torbasının büzücü əzələləri sıxması, ya da səmimi gələn işəmə uşağa, xəbərdar edilməsi uşağı oyandırmağa çatmamaqdadır.
Qısqanclıq. Xüsusilə kiçik qardaşını qısqanması nəticəsində körpəliyə dönmək və onun kimi maraq görmək istəməsi.
Ana-ata evdə tez-tez dalaşması.
Tez və təzyiqli tualet təhsili, uşağın altını islatma vəziyyətindən ötəri ayıblanılması, cəzalandırılması, altını islatmaması üçün qorxudulması.
Uşaq buna qarşı altını islatma formasında reaksiya göstərə bilər.
Tədbirlər:
Altını islatma fiziki problemlərdən irəli gəlirsə, uşaq tibbi müayinələrdən keçirilib, müalicə yoluna gedilməlidir.
Gecə işemesi ümumiyyətlə yuxunun ilk saatlarında olar. Xüsusilə uşağın 7 yaşından əvvəl gecədə 1-2 dəfə tualetə qaldırılması faydalı ola bilər. Ümumiyyətlə hansı saatlarda altını islatdığı təsbit edilməli və o saatlarda tualetə götürülmelidir.
Axşam yeməklərində və gecə yatmadan əvvəl uşağa maye qidalar verilməməli. Hər gecə yatmadan əvvəl tualetə getməsi təmin edilməlidir.
Axşam yeməkləri çox ağır olmamalıdır. Həzmi çətin olan yeməklər uşağın yuxu nizamını pozar. Yuxu ilə qarışıq olan bu nizamsız yuxu içində də uşaq altını ıslada bilər.
Altını isladan uşağın yatağı mütləq hər zaman təmiz olmalı, hər dəfə dəyişdirilməlidir.
Uşaq hər gecə yatağına sevgi və mehribanlıq ilə götürülmeli, yatağının təmiz olduğu uşağa müəyyən edilməli, ancaq açıqca söylenmemelidir.
Altını islatmadığı günlər sayılaraq və hədiyyələndirilməli, təqvim tutma üsulu ilə quru qalxmağa həvəsləndirilməlidi.