Qadin.NET / Uşaq niyə ağlayır?

Uşaq niyə ağlayır?

Uşaq niyə ağlayır?

 

 

İlk günlərdən analar uşağın niyə ağladığını başa düşməyə çalışırlar.Bu,o qədər də çətin deyil,çünki ana körpəsinin verdiyi siqnallariı başa düşmək məharətinə malikdir.Uşaqdan gələn bütün siqnallara reaksiya vermək lazımdır.Onlar cüzi,əsassız da olsa belə,körpə onları hiss edir və ana ilə ünsiyyətə girir.Əvvəllər bizi əmin edirdilər ki,uşağın hər dəfə ağlamasına,özünü “pis aparmasına” fikir vermək vacib deyil.Ancaq yeni dogulmuş özünü “pis apara” bilməz və ağlamaq onun üçün xarici mühitlə yeganə təmas vasitəsidir.  

Ağlamasına məhəl qoyulmayan uşaq yaxşı uşağa çevrilmir,o sadəcə onu başa düşməyəcəkləri və tələbatını ödəməyəcəkləri ilə barışaraq sakitləşir.Lakin problem həll olunmamış qalır.Ağlama körpənin yaşaması və inkişafı üçün əhəmiyyətli əlaqə

vasitəsidir.Valideynlər!Körpənizin ağlamasına biganə qalmayın.Ağlamaya verilən reaksiya ana və uşaq arasında yaranan sıx ünsiyyətin ilk pilləsidir.

Beləliklə,uşaq ağlayır:

-əgər o acdırsa-şiddətli ağlamağa keçən qəfləti qışqırıq.Onu əmzik və ya bir neçə qurtum su sakitləşdirmirsə,körpəni yedizdirmək lazımdır.Körpənin sakitliyi onun rejim prinsiplərindən qat-qat üstündür.

-əgər qarnı ağrayırsa-qisamüddətli hündürdən qışqırır.Bu zaman o,ayaqlarını döyəcləyir,gözlərini yumub alnını qırışdırır.Uşağı ələ götürmək lazımdır ki,gəyirsin.Ona şüyüd suyu və ya yelə qarşı başqa bir dərman verin və qarnı üstə uzandırın.Əgər bu kömək etmirsə,bağırsaq yelini çıxartmaq üçün arxa dəliyə rektal rezin borucuq yeridin.

-uşağa soyuqdursa və ya istidirsə-əsasən həyatının ilk üç ayında zəif termorequlyasiya nəticəsində o ya üşüyür,ya da ona çox isti olur.Bu zaman şəraitə uyğun hərəkət edin.

-əgər uşaq darıxırsa-ağlamaqla öz narazılığını bildirir,bəzən də var gücü ilə qışqırır.Onu çox ağlamağa qoymayın.Körpəni mehribancasına oxşayın,oyuncaqla başını qatın və ya onu elə uzadın ki,sizi-anasını görə bilsin.

Əgər sizin bütün səylərinizə baxmayaraq uşaq ağlamağa davam edərsə,deməli, o xəstədir və həkim çağırmaq lazımdır.Ana özündən çıxmamalı və ağlayan uşağa hirslənməməlidir.Körpə yalandan ağlamağı bacarmır.Deməli,bunun səbəbi var.Uşaq ananın hövsələdən çıxdığını və ya aqressiyasını hiss edir və bu onun sakitləşməsinə daha da mane olur.

 



3 fevral 2011
GO BACK