Qadin.NET / Sevgi ilə böyüdək

Sevgi ilə böyüdək

Sevgi ilə böyüdək

Hər bir valideyn öz övladının gələcəyindən narahatdır. Onun necə bir insan olaraq yetişəcəyini düşünür. Niyə də olmasın? Axı onlar bizim ən dəyərli varlıqlarımızdır. Onlar nəinki öz ailəsinin, hətta bütün cəmiyyətin gələcəyidir. Hər uşaq ailəsinin güzgüsüdür. Orada bütün yaşananlar, baş verənlər uşaqda əks olunar. Ağ vərəq kimidirlər. Nə yazsan, onu da oxuyacaqsan. Bu xəbərimdə sizə Maria Montessorinin uşaq tərbiyəsində vacib bildiklərindən yazacağam. Ümid edirəm ki, valideynlər və valideynliyə namizədlər üçün lazımlı olacaq. 

Sevgi ilə böyüdək

1. Uşaqlar ətrafında nə görürsə, ondan dərs alır, örnək götürür. 

2. Əgər uşaq tez-tez tənqid edirlərsə, o, pisləməyi öyrənəcək.

3. Əgər uşaq tez-tez təriflənərsə, o qiymətləndirməyi öyrənəcək. 

Sevgi ilə böyüdək

4. Əgər uşağa düşmənçiliyi nümayiş etdirsək, o, döyüşməyi öyrənəcək.

5. Əgər uşağa düzgün olmağı öyrətsəniz, o, ədaləti öyrənəcək.

6. Əgər uşağı ələ salsanız, o, utancaq olmağı öyrənəcək.

7. Əgər uşaq özünü təhlükəsizlikdə hiss edirsə, o, inanmağı öyrənəcək. 

Sevgi ilə böyüdək

8. Əgər uşaq insan arasında pərt edirlərsə, o, hər zaman özünü günahkar hiss edəcək.

9. Əgər uşağa tez-tez haqq hazandırılırsa, o, özü ilə yaxşı davranmağı öyrənir. 

10. Əgər uşağa tez-tez həssas davranılırsa, o, səbrli olmağı öyrənir.

11. Əgər uşağı tez-tez həvəsləndirsəniz, o, özünə güvənir. 

Sevgi ilə böyüdək

12. Əgər uşaq dostluq aurasında böyüyürsə və özünü arzuedilən hiss edirsə, o, dünyada sevgi gözü ilə baxır.

13. Uşaq haqqında nə onun yanında, nə də onun yoxluğunda pis heç nə danışmayın. 

14. Övladınıza hər şeydə yaxşılığı öyrədin. O qədər yaxşılıq öyrədin ki, pisliyə yer qalmasın.

15. Sizə ünvanladığı suala qulaq asın və hər zaman cavablandırın.  

Sevgi ilə böyüdək

16.  Səhv addım atmış uşağa hörmət edin və az sonra ona doğrunu başa salın. Səhvini düzəltməyin yollarını başa salın.

17. Axtarışda olan övladınızın köməkçisi, axtardığını tapmış övladınızın isə kölgəsi olun.

18. Uşaqla ünsiyyət qurarkən özünüzə olan bütün müsbət cəhətlərdən yararlanın. Ətrafında yalnız sevgi, dostluq, mehriban və isti münasibət görsün. 

31 may 2014
GO BACK