Qadin.NET / Uşaqlar texnologiyanın əsiri olmasın

Uşaqlar texnologiyanın əsiri olmasın

Uşaqlar texnologiyanın əsiri olmasın

 İllər əvvəl televiziya qarşısından qalxmayan uşaqların yerini əlindən planşet düşməyən uşaqlar aldı. Xüsusilə 3-6 yaş arasındakı uşaqlar üçün televiziya, planşet və telefonlar dayəlik vəzifəsini boynuna götürür. Valideynlər uşaqlarını ekranlara təslim etməklə onlarda aslılıq vərdişi yaradırlar. Televiziya xüsusilə inkişaf çağındakı uşaqların fiziki və ruhi inkişaflarına mənfi təsir göstərir.  

Uşaqlar texnologiyanın əsiri olmasın

Professor İhsan Karaman uşaqların həyat səviyyəsinə biganə yanaşmamağın lazım olduğunu ifadə edib. O, valideynlərin uşaqları ilə keyfiyyətli vaxt keçirməməsinin zərərli nəticələrə səbəb olduğunu qeyd edib. “Çox kiçik yaşdakı uşaqların saatlarla planşet və telefonlarla vaxt keçirdiyini görürük. Hər yaşdan tamaşaçı kütləsinə sahib televizya da eyni dərəcədə təhlükəlidir. Valideynləri ilə oyun oynayaraq ünsiyyət quracağı yaşda uşaqların ekrana bağlı qalması, bu ünsiyyətdən məhrum olması iki əhəmiyyətli nəticəyə səbəb olur. Bunlardan birincisi həmin yaşda “ekran və texnologiya asılılığı” dediyimiz asılılığa sahib olurlar. İkincisi isə ailədaxili ünsiyyət bağlarının formalaşmaması bu uşaqların gələcəkdə bir çox asılılıqların pəncəsinə düşməsi riskini daşıyır. 

Uşaqlar texnologiyanın əsiri olmasın

Sosioloqlar televiziya proqramlarında nümayiş etdirilən lüks həyatların realda uşaqları bir çox asılılığın pəncəsinə salmaq üçün tələ olduğunu qeyd edirlər.  Xüsusilə gənc yaşda olan şəxslərin özlərinə ideal seçdikləri və hətta real həyatda yamsılamaqları, onların sahib olduğu həyata sahib olmağı arzu etmələri müşahidə olunub. Bunu fürsət bilən bir çox zəhər taciri gəncləri uydurulmuş “lüks” qəbulu ilə asılı hala salırlar. Gənc narkotik maddədən asılı hala gəldikdə isə mənəvi və fiziki cəhətdən səfalət içində qalır və mübarizə edə bilməyəcək vəziyyətə düşür. 

Uşaqlar texnologiyanın əsiri olmasın

Mehmet Ali Balkanlıoğlu uşaqlarının mədəsinə gedən ən kiçik yemək qırıntısına belə diqqət edən valideynləri nümunə göstərərk qeyd edib ki, yemək zəhərlənməsinin qarşısını almaq olur, amma beyin zəhərlənməsinin müalicəsi illərlə çəkə bilər. 

10 aprel 2016
GO BACK