Qadin.NET / Ev qəzası keçirən uşağa ilk yardım

Ev qəzası keçirən uşağa ilk yardım

Ev qəzası keçirən uşağa ilk yardım

Son günlərdə insanların diqqət yetirdiyi əhəmiyyətli mövzu olan və uşaqlar üçün həyati əhəmiyyət daşıyan ilk yardım qaydalarına nəzər salaq:

Yıxılma və əzilməyə qarşı görülə biləcək tədbirlər aşağıdakılardır:
• 5 aylıqdan etibarən körpələr yüksək və yanları uşağı yıxıla biləcəyi şəkildə açıq olan masa üzərində, divanda və ya yelləncəkdə yatızdırmayın və tək buraxmayın.
• Eyvan dəmirlərini uşaqların boyu çatmayacağı yüksəklikdə və aralarından keçə bilməyəcək enlikdə etdirin.
• İməkləyən və yeni gəzməyə başlayan uşaqları eyvan, divar üstü, pilləkən başı və ya dam üzərində tək başına buraxmayın.
• Uşaqların ilişib yıxılmaması üçün otaqlarda xalça uclarının qıvrım olmamasına, ayağa ilişəcək bir şeylərin olmamasına diqqət yetirin.
Mətbəx, tualet, duş kimi sürüşkən yerləri yaş qoymayın.
• Pilləkən və qapı girişlərini yaxşı işıqlandırın.
• Uşağınıza kiçik və ya böyük olmayan, uyğun ayaqqabılar geyindirin.
• Uşağınızın yatağının yanlarına yıxılmasının qarşısını alan yüksək arakəsmə düzəltdirin.
Yıxılma və əzilmələrdə ediləcək ilk müdaxilə
• Qəza keçirən uşaq ağlamırsa, şüuru yerindədirsə və əllərini, qollarını normal hərəkət etdirirsə, heç bir müdaxilə etməyin. Lakin 24 saat hərəkətlərini müşahidə edin.
• Qəzadan sonra 24 saat ərzində yarım saat, 2 və ya 1 saat ərzində 3-dən çox qusma, dalğınlıq, davamlı yuxulama, tənəffüs çətinliyi, qarın ağrısı, rəngin solğunluğu kimi əlamətlər olsa, mütləq həkimə aparın.
• Yüksəklikdən yıxılmada yuxarıda sayılan əlamətlər olmasa da qırıq-çıxıq və ya daxili qanama ehtimalı olacağından həkimə aparın.
• Qəza nəticəsində bədəndə şişkinlik və ya göyərmə yaranıbsa, üzərinə buz və ya soyuq suyla isladılmış parça qoyaraq daha çox şişməsinin qarşısını alın.
Bütün valideynlərin vaxtında doğru müdaxilə edə bilməsi üçün ilk yardım biliyi olmalıdır.
Bütün bu riskləri minimum səviyyəyə azaltmaq üçün evlərimizdə alacağımız bəzi sadə tədbirlər çox faydalı olacaq.
Ev qəzası keçirən uşağa ilk yardım
Uşaq otaqlarında görülməsi lazım olan tədbirlər:
• Uşaq yatağının mövqeyi çox əhəmiyyətlidir. Məsələn, pəncərə və kondisioner qabağı kimi birbaşa hava hərəkəti olan yerə qoyulmamalıdır.
• Uşaq yatağı elektrik naqili, pərdə, pərdə ipinə əl çatmayacaq yerdə olmalıdır.
• Uşaq yatağı təkərlidirsə, təhlükəsizlik kilidli nizamlanmalıdır.
• Kənar və küncləri iti olmamalıdır.
• Uşaq otağı üçün asan təmizlənən və toz tutmayan əşyalar seçilməlidir.
• Otaqda olan əşyaların iti küncləri qoruyucu ilə örtülməli, qapılara petlə və hər iki tərəfinə də barmaq qoruyucu tətbiq olunmalıdır.
• Yellənən kreslo kimi hərəkət edən əşyalar olmamalıdır.
• Hündür şkaflar divara söykənməlidir.
• Şkafın siyirmələrinə uşaq kilidi taxılmalıdır.
• Sallanan kabellər kabel kanalının içinə salınmalı və çıxış qoruyucusu ilə etibarlı hala gətirilməlidir.
Ev qəzası keçirən uşağa ilk yardım
Qonaq otağında görülməsi lazım olan tədbirlər:
Uşaqlar "kəşf etmə" dövrlərində evin bütün sahələrini "kəşf etməyə çıxar", xüsusilə əşyaların çox olduğu qonaq otağı onlar üçün xəzinə kimidir.
• Əşyalar uşağın yaşına görə qouyulmalıdır, məsələn, stol-stul dəsti heç bir zaman pəncərə önünə qoyulmamalıdır.
• Əşyaların iti künc və kənarları etibarlı halda olmalı, pəncərələrə təhlükəsizlik kilidi, qapıya barmaq qoruyucu taxılmalıdır.
• Kitabxana və rəflər divara quraşdırılmalı, TV və elektron alətlər də xüsusi təhlükəsizlik məhsulları ilə sabitlənməli və nəzarət altına alınmalıdır.
• Bufet və dolablardakı siyirmə və şkaf qapıları təhlükəsizlik kilidləri ilə etibarlı hala gətirilməli, şüşə səthlər təhlükəsiz şəkildə bağlanmalıdır.
• Udula biləcək ölçüdəki əşyalar uşağın əlinin çata bilməyəcəyi yerə qoyulmalıdır.
• Sabit və uzadıla bilən naqillərin üstü qoruyucu ilə bağlanmalıdır.
• Jurnal vərəqləri sürüşmə səbəbi olacağı üçün yerdən yığışdırılmalıdır.
Ev qəzası keçirən uşağa ilk yardım
Mətbəxdə görülməsi lazım olan tədbirlər
Qəzaların çoxunun yaşandığı mətbəx körpə uşaqlar üçün ən çox təhlükə kəsb edən məkanlar arasındadır. Burada alına biləcək tədbirlər və diqqətli olunması lazım olan məqamlar bunlardır:
• Soba üçün ocaq baryerindən istifadə edilməlidir.
• Yuyucu tozu və təmizlik məhsulları şkafların alt gözlərinə qoyulmamalı, qoyulmaq məcburidirsə, mütləq uşaq təhlükəsizlik kilidi istifadə edilməlidir.
• Çəngəl, bıçaq və bənzər mətbəx əşyalarının olduğu şkaf təhlükəsizlik kilidi ilə etibarlı hala gətirilməlidir.
• Soyuducu üçün soyuducu kilidindən istifadə edilməli, soyuducu qapağına maqnitlə ilişdirilməməlidir .
• İti künc və kənarlar künc və kənar qoruyucusu ilə bağlanmalıdır.
• Mətbəxdə masa varsa, uzun masa örtüyündən istifadə edilməməlidir.
• Qabyuyan maşın üçün kiliddən istifadə edilməlidir. Maşına yerləşdirilən çəngəl-bıçaq kimi iti ev alətləri iti tərəfi aşağı olmaqla yerləşdirilməlidir.
Ev qəzası keçirən uşağa ilk yardım
Eyvan və ya bağçada görülməsi lazım olan tədbirlər:
• Eyvan qapısına uşaq təhlükəsizlik kilidi vurulmalı, həm də eyvanda barmaq aralıqlarının xüsusiyyətlərinə görə qoruyucu tətbiqi edilməlidir. Ancaq balkonda masa, kürsü kimi əşyalar varsa, uşaq tək buraxılmamalıdır. Üzərinə çıxıb aşağıya qədər uzana bilər.
• Bağçada bitkilərin uşağa zərər verməyəcək növləri seçilməli, böcəyə qarşı dərmanlanma edildikdən 48 saat sonra uşaq bağçaya çıxarılmalıdır.
• Bağçanın yanında uşağın dırmaşa biləcəyi ağac olmamalıdır.
• Bağçada üzgüçülük hovuzu varsa, mütləq standartlara uyğun hovuz təhlükəsizlik baryerindən istifadə edilməlidir.
13 aprel 2014
GO BACK