Winnicott adlı bir alim "Oğurluq edən uşaq anasını axtarar" demişdir. Yəni oğurluq ana yoxluğunun nəticəsidir. Ana həyatda ola bilər. Həyatda olmaması, şübhəsiz, daha böyük bir itkidir. Ancaq həyatda olduğu halda əsl ana davranışı göstərməyə bilər. Xüsusilə sevgi, şəfqət, maraq mövzularında uşağına analıq hissini yaşatmağı bacarmaya bilər. Winnicott bu tip analardan bəhs edir.
Sevgisiz analar uşaq üçün şanssızlıqdır. Belə bir söz vardır: "Hər ana-atanın uşağı vardır, ancaq bir çox uşağın ana və atası yoxdur" . Nə qədər mənalıdır, deyilmi? Şübhəsiz, insanın uşağı varsa, o, ana və atadır. Ancaq bəzən uşağın ana və atası var, amma sevgi, şəfqət, maraq mənasında yoxdur. Valideynlər tez-tez bu sözü xatırlamalıdır. Ona görə davranışlarını yenidən nəzərdən keçirməlidir.
Əslində əsl ana və ata olmağın yolu uşağa qarşı sevgi, şəfqət və maraqdan keçir. Səmimiyyətlə bildirmək istəyirəm ki, maddiyyat ikinci plandadır. Sevgi, maraq, şəfqət və buna bağlı xüsusiyyətlər uşağın psixo-sosial inkişafında çox əhəmiyyətlidir.
Göründüyü kimi, bunların da birbaşa pulla əlaqəsi yoxdur. Sevgi, şəfqət, maraq kimi görünən dəyərlər dükandan pul ilə alına bilrəmi? Elə isə iqtisadi cəhətdən çatışmazlıq hiss edən ailələr da daxil olmaqla hər kəs bu həqiqətləri görməlidir. Elə sevgililər var ki, sevgilisinin bir təbəssümü üçün canını verməyə hazırdır. Maddiyyat bunun harasındadır? Sevgini daha yaxşı izah etmək üçün ədəbiyyat, şeir dünyasına göz atmaq kifayətdir. "Səni bir an görməsəm ölərəm" , "Sevgin ruhumu işıqlandıran bir məşəldir və hər şeyi onun işığında görürəm" , " Ulduzların üstündəki müstəsna sevgin hər zaman yollarımı işıqlandıracaq " , "Sənsiz yaşaya bilmərəm, bil ki, bu mənim üçün anddır " deyən şairlər, yazıçılar görəsən yalanlamı məşğuldurlar? Xeyr, sevginin nə olduğunu başa düşmüş insanlar eşqi təsvir edə bilmək üçün misraların kifayət etmədiyini bilirlər.
Budur, sevgi deyilən o tilsimli söz. Uşaq da yaxınlarından ilk əvvəl bunu istəyir. Əgər məndən "Uşağı nə xoşbəxt edər?" soruşsalar, dərhal "Sevgi" deyə cavab verərəm. Sevgi-insan həyatında, sağlığında ən başlıca ünsürlərdəndir. Yalnız uşaq üçün deyil, şübhəsiz, bütün insanlıq üçün vəziyyət eynidir. Ancaq hələ psixo-sosial yaşa çatmamış, yetişmə mərhələsində olan fərdin buna dahaçox ehtiyacı var.
Uşağın oğurluğa meyl göstərməsinin əsas səbəbi kimi ana sevgisindən məhrumluq göstərilir. Belə hala tıibbdə "Ana məhrumluğu sindromu (Carence Maternelle)" deyilir. Uşaq anasında nöqsan olduğunu təbii ki, bilməz, ancaq bədbəxtliyinin fərqində olur. Uşağı danlamaq və ya qorxutmaq faydalı deyil. Çünki uşaq şüuraltı xəbərdarlıqlara müqavimət göstərə bilməz. Yəni qəlbindən gələn duyğularını böyüklər kimi maskalaya bilməz.
Prof.Dr.Kemal Çakmaklı