Qadin.NET / Ana südünü təbii üsullarla artıraq

Ana südünü təbii üsullarla artıraq

 
Əziz xanımlar, bəzi oxucularımızın istəyini nəzərə alaraq sizlərlə ana südünü hansı üsullarla artırmaq olar, bunu paylaşmaq istəyirəm.
Körpələrini əmizdirən anaların tez-tez soruşduğu sualların biri də "Körpəmi  əmizdirmək istəyirəm. Amma südüm azdır.Südümün azalmaması üçün nə etməliyəm? "sualı gəlir.
İlk öncə həkimlərinə müraciət etmələri  onların tövsiyələrinə  fikir verməlidirlər. Süd əmizdirən dövrdə analar, mövsümündə yetişməyən hormon istifadə edilərək çıxarılan tərəvəz meyvələrdən uzaq durmalıdırlar.Genetik tərkibi ilə oynanmış qidaları da eyni şəkildə özümüzdən uzaq tutaq.
Ana südünü artıra biləcək qidalar:
  1)Təzə üzüm
  2) Şüyüd
  3)Təzə əncir
  4)Qurudulmuş əncir - yerkökü
  5)Təzə tut
  6)Qaynadılmış təzə tut qurusu
  7)Kərəviz 
  8) Təzə Kərəviz Yarpaqları
  9)Balqabaq
  10)Çiyələk
  11)Buruq Salat
  12)Sumak
  13)Razyana Çayı
 
Qeyd 1.Gündə iki boşqab təzə üzüm yemək ana südünü artırmağa kömək edir.
Qeyd 2.Səhər - axşam yeməkdən əvvəl yeyəcəyiniz şüyüd yenə ana südünü artırmağa kömək edir.
Qeyd 3.Səkkiz - doqquz ədəd quru ənciri yarım litr suda qaynadıb, səhər - axşam olmaq üzrə gündə iki dəfə yeyin.
Bu reseptləri eyni anda istifadə edilməməlidir.. Tətbiq müddəti 1 həftədir. 1 həftədən sonra davam etmək ehtiyacı görsəniz digər qeydəri istifadə edə bilərsiniz..Məsələn bir həftə əncir, digər həftə üzüm istifadə edə bilərsiniz.Təbii bu qidalara qarşı allaergiyanızın olub olmadığından əmin olmalısınız.

P.S.Xanımlar sizin də bildikləriniz  varsa, şərhlərdə yazmağı unutmayın.

9 yanvar 2011
GO BACK