Qadin.NET / Uşağınız iştahsızdır?

Uşağınız iştahsızdır?

Uşağınız iştahsızdır?

Uşağınız iştahsızdır? Onu yemək yeməyə həvəsləndirmək üçün “Qardaşın yeməyini qurtardı, sən hələ də qurtarmamısan” kimi müqayisələr etməyin. Yeməyini qurtardıqdan sonra mükafatlandırın. Süfrədə yeməklə bağlı mənfi sözlərə və ya ifadələrə yol verməyin.

1. İştahsızlığın fizioloji və ya psixoloji səbəblərdən irəli gəlib-gəlmədiyini müəyyən edin. Əgər bu səbəblərdən hər hansı biri varsa, müalicə edin.

2. Ailədə problemlərinizi həll edin. Əgər ehtiyac varsa, hər hansı bir mütəxəssisdən məsləhət alın.

3. Süfrədə uşağın diqqətinin dağılmasını və ya yeməyini ağzında saxlamasını səbrlə qarşılayın. Onu yemək yeməyə məcbur etməyin.

4. Uşağın yemək vaxtına qədər “fast food” qidalardan istifadə etməsinə imkan verməyin.

5. Yeməyini müəyyən edilmiş saatlarda verməyə çalışın.

Uşağınız iştahsızdır?

6. Yemək saatında yemək yeməyən uşağın arxasınca gəzməyin. Qoy uşağınız yeməyi süfrə arxasında yeməyə vərdiş edin.

7. “Qardaşın yeməyini qurtardı, sən hələ də qurtarmamısan” kimi müqayisələr etməyin.

8. Yeməyini qurtardıqdan sonra mükafatlandırın. Ancaq elə edin ki, bu, uşağınızda vərdişə çevrilməsin.

9. Uşağınıza iştahını nəzərə almaq şərti ilə az yemək qoyun. Əgər doymasa, sonradan boşqabına az-az yemək qoymaqla “mükafatlandırın”.

10. Süfrədə yeməklə bağlı mənfi sözlərə və ya ifadələrə yol verməyn.

Uşağınız iştahsızdır?

11. Eyni yeməkləri tez-tez bişirməyin.

12. Tərkibində karbohidrat və protein olan qidalara üstünlük verin.

13. Süfrə arxasında xoşagəlməz şeylərdən danışmayın.

14. Uşağınıza həddindən çox inək südü verməyin. Çünki belə uşaqlarda başqa yeməklərə qarşı iştahsızlıq meydana gəlir. Bu isə nəticədə qanazlığına səbəb olur. Digər tərəfdən, belə uşaqlarda gələcək yaşlarda allergik və diabet xəstəliyi yaranması ehtimalı da artır.

15. Uşağın hər şeydən əvvəl bir fərd olduğunu unutmayın. Buna görə də ona süfrədə müstəqillik verin.

Uşağınız iştahsızdır?

16. Tənqiddən və zorakılıqdan uzaq olun. Cəzalandırılan uşaq etirazını sizə yemək yeməyərək göstərə bilər.

17. Yeməkləri yaxşı bişirin. Digər tərəfdən unutmayın ki, yeməklərin yaxşı bişməsi qədər ləzzətli olması da çox vacibdir. Başqa sözlə, yaxşı bişməmiş, dadsız-duzsuz yeməklərdən iştah gözləməyin.

18. Əgər hava o qədər də pis deyilsə, uşağınızı evdə "həbs etməyin”. Açıq havada gəzinti və ya oyun uşağınızı iştahını aça bilər. Uşağınızın yeməklərini də bu şəraitdə yeməsinə imkan yaradın.

19. Siz də uşaqlıqda iştahsız olduğunuzu unutmayın.

20. İştah dərmanı adı altında satılan dərmanlardan uzaq olun.

24 mart 2016
GO BACK