London Uşaq Xəstəxanasının psixatriya şöbəsində Kevin Hickley adlı 15 yaşında uşaq müalicə alırdı.Kevin valideynləriylərinin onu başa düşməməsi nəticəsində depressiya vəziyyətinə düşmüşdü.Aparılan testlər nəticəsində onun tamamilə ağlı başında olan uşaq olduğu təsdiqlənmişdir.
Bir gün Kevin əlinə kağız-qələm alaraq öz valideynlərinin timsalında bütün valideynlərə 13 məsləhət yazdı.İndi bu 13 qızıl qayda İngiltərə həkimlərinin bir nömrəli köməkçisidir.
1.Məni ərköyün etməyin.Hər istədiyimi əldə edə bilməyəcəyimi bilirəm.Sadəcə olaraq sizi sınayıram.
2.Mənə şirin-sərt davranmaqdan çəkinməyin.Bu mənə etibarlı əllərdə olduğun hissini bəxş edər.
3.Məni pis vərdışlərdən çəkindirin.Bunların erkən vaxtdan ortaya çıxıb qarşısın alınmasında sizə güvənirəm.
4.Səhvlərimi hər kəsin içində deməyin.Təklikdə mənlə söhbət etsəz sizi daha yaxşı başa düşərəm.
5.Sizdən nifrət etdiyimi dediyimə inanmayın.Əslində sizə deyil,məni əngəlləmə gücünüzə nifrət edirəm.
6.Səhvlərimin nəticəsin görməyimə imkan yaradın.Hər dəfəsində məni siz qurtarmayın.Səhv addımlarımın acısın görərək öyrənim.
7.Kiçik xəstəliklərimi şişirtməyin.Bunları yenəcək gücdəyəm.
8.Düşünmədən yerinə yetirə bilməyəcəyiniz şey üçün söz verməyin.Yerinə yetməyincə çox kədərləndiyimi bilin.
9.Özümü bəzən yaxşı izah edə bilmirəm.Bunun üçün mənə vaxt verin.
10.Səhvimi etiraf edərkən çox üstümə gəlməyin.Gələn səfər asanlıqla qorxub yalan deyə bilərəm.
11.Məni aldatmayın.Bu sizə olan etibarımı itirər.
12.Məndən üzür istəməyəcək qədər qürurlu olmayın.Bəzən səmimi bir üzür meni sizə daha da yaxınlaşdırar.
13.Yaddan çıxartmayın ki, böyümək üçün sizin anlayışınıza və sevginizə ehtiyacım var.Amma bunu sizə deməyimə ehtiyac yoxdu,elə deyil mi?