Qadin.NET / Dayə seçimində nəyə diqqət etməliyik?

Dayə seçimində nəyə diqqət etməliyik?

 Dayə seçimində nəyə diqqət etməliyik?

Ana olmaq gözəl duyğudur. İşləyən xanımlar ana olduqda onlara 4 ay analıq məzuniyyəti verilir. Bu analıq məzuniyyəti bitən kimi bəziləri işə qayıdır və uşaqlarını dayəyə etibar etməli olurlar. Bəs dayə seçərkən nələrə diqqət etməliyik? Axı biz onlara canımızın bir parçasını etibar edirik. 

Ən əvvəl dayənin özü ana olmalıdır. Ana olmasa da uşağın inkişafı ilə bağlı bütün məlumatları bilməlidir. Yaşı çox olmamalıdır. 

Üz mimikası işlətməyən, soyuqqanlı insanlarla işləmək olmaz. Çünki körpələr üz mimikası ilə əlaqə qurar.  

Dayə seçimində nəyə diqqət etməliyik?

Əgər dayəniz işdən çıxıbsa, dərhal yeni dayə axtarmayın. Tələsik qərar adətən insanı səhv addımlar atmağa sövq edir. Ailə böyüklərindən dəstək almaq olar. Bir müddət onlar baxsalar, siz də rahat-rahat dayə axtara bilərsiniz. Uşağınıza ana axtarmayın, dayənin işi sadəcə uşağa baxmaqdır.

 

Dayə seçimində nəyə diqqət etməliyik?

 

Uşağınızın ona ana deməyinə icazə verməyin. İşdən gələn kimi uşağınızla özünüz məşğul olun.

Dayənin təmiz, səliqəli və baxımlı olması şərtdir. Amma həddindən çox baxımlıdırsa, uzaq durun. Özü ilə bu qədər məşğul olması işinə olan hörmətini azaldır. Özündən çox danışırsa, qətiyyən işə götürməyin. Çox danışan az iş görər.

 Dayə seçimində nəyə diqqət etməliyik?

Heyvanları, təbiəti sevən biri olmalıdır. Fobiyası olan insanlardan da uşağınızı uzaq tutun. Az danışan, gözlərini sizdən gizlədən, danışarkən aşağı baxan, çiyinləri aşağı olan, fikirə dalan insanlarda gizli psixoloji problemlər ola bilər.

ÖDayə ö ailəsinə bağlı olmalıdır. Ailə münasibətlərinin sağlam olması şərtdir. Sosial şəbəkələrdə çox aktiv olmaması lazımdır. Bu, körpənizə baxmasına zərər verər.

İnsanlıq çox vacibdir. Tanış olduğunuz vaxt özünü sevdirən, cana yaxın və "hər şeyi edərəm" deyən dayələr tez ruhdan düşürlər. Ara-sıra sizdən mənəvi dəstək istəyərlər. Belə insanlara "uzun müddət çalışaram" deyə ümid verməyin, sonra pis ola bilərlər.

13 fevral 2014
GO BACK