Heç kim heç kimə yaşamağı öyrədə bilməz
Valideynlər qəbul etməlidirlər ki, kimsə kiməsə yaşamağı öyrədə bilməz. Hər kəs özü həyatı yaşamağı öyrənir. Ana-atalar öz gənc vaxtlarını yadlarına salsalar, etdikləri səhvlərin vacib bir hissəsinin böyükləri tərəfindən həmişə diqqətdə olmaları, onların tapşırdıqları şeylər olduğu yadlarına düşəcək.
Gənc insan səhv edərək bu dünyada öz gücüylə nəyə nail ola biləcəyini görür. Belə bir deyim var ki, "Hər səhv inkişaf dövründə bir irəliləyişdir".
Bunun üçün iki şərt var:
1. Səhvlərdən dərs alaraq irəliyə doğru bir addım atmaq və eyni səhvi bir də təkrar etməmək;
2. Bütün həyatının içinə "alacağı" və həyatının davamını pis yönə çəkəcəyi səhvlər etməmək. Məsələn, narkotik aludəçisi kimi...
Bütün valideynlər bu iki şərti göz önünə alaraq uşaqlara və gənclərə "öz səhvlərini" etməyi, sonunu yaşamağı və həyatı öyrənmə şansını vermək lazım gəldikdə çətin də olsa buna dözməlidir.
Yaddan çıxarmayın ki, hər şeyi xoş qarşılamaq qarşınızdakı insanı sizin istədiyiniz kimi olmağa məcbur etmək deyil, öz istədiyi kimi xoşbəxt olmasına icazə verməkdir.
Uşağınıza söz haqqı verin
Çünki söz haqqı verilən uşaq aşağıdakıları qazanır:
* Söz haqqı olan və eşidilən uşaq ana və atasıyla daha yaxşı ünsiyyət qurmağı bacarır;
* Uşaq daha xoşbəxt olur;
* valideynlər hissini ifadə edən uşaqların problemləri, qorxuları, istəkləri haqda daha ətraflı məlumata sahib olur və ona daha çox kömək edə bilirlər;
* Söz haqqı verilən uşaq gələcək həyatında problemləri danışaraq həll etməyi bacarır. Bu da ona iş və ailə həyatında daha uca zirvələr bəxş edər.
* Özünü ifadə edə bilən uşaq problemini özü həll etsə, özünə inamı artar;
* Uşağın özünü ifadə edə biləcəyi ailələrdə söz-söhbət az olar;
* Uşaq hisslərini, fikirlərini sözlərlə başa sala biləndə daha az zorakılıq göstərir. Bacı-qardaşı və dostlarıyla aralarında daha möhkəm dostluq və sevgi körpüləri qurulur;
* Özünü ifadə edə bilən uşaq yaratmaq, seçilmək, dəyər görmək üçün oyun dəcəllik etməyə deyil, daha faydalı işlərə vaxt ayırır. Bu da onun insani, alicənab böyüməsinə kömək edir;
* Söz haqqı verilən uşaq sevildiyini hiss edər. Ürəyində sevgini çoxaldar və sevgi dolu bir insan olar;
* Söz haqqına nail olan uşaq sərbəst, hər şeyin yerini bilən, yaradıcı, özünə inanan insan kimi böyüyər.