Qadin.NET / Xəstə uşaq psixologiyası

Xəstə uşaq psixologiyası

Xəstə uşaq psixologiyası
Uşaq xəstəlikləri bəzən qısamüddətli olar, bəzən də uzun çəkər. Bu xəstəlik dövrlərində uşağa göstərilən həddindən artıq diqqətdən uşaq xoşlanmaz və ya sağlamlığına qovuşduqdan sonra da həmişə eyni davranışları istəyə bilər.
Xəstəliklər hər kəsdə az-çox ruhi reaksiyalara gətirib çıxarar. Azadlığın məhdudlaşdırılması kiçiklərdə böhran yarada bilər. Həm də xəstə uşaq çox həssasdır. Xəstəliyin keçib keçməyəcəyi haqqında tərəddüd içindədir. Xəstəliklər ruhi tarazlığı tez sarsıdar. Uzun sürən xəstəliklərdə tez-tez tərsliklər, olmayacaq şeylər istəmək, nazlanma olar. Uşaq üçün əhəmiyyətli olan oyundan qalmasıdır. Bu hallar uşağın narahatlığını həddindən artıq artırar, uyğunlaşma nizamsızlıqları, çətinliklər kiçik də olsa görülməyə başlayar.
Xəstəxanada yatan uşaq
Normal həyatında uşaq - xəstəxanaya aparmaq, iynə vurdurmaq və əməliyyat etdirməklə qorxudulmuşsa, ehtiyac olanda xəstəxanaya aparılan və əvvəldən qulağı dolu olan uşaq, ana və ata dəstəyindən də məhrum qalsa, bu işi bir cəza kimi görər. Xəstəxananı sağalma yeri kimi deyil, cəza yeri kimi qəbul edər. Özünü mərhəmətsiz insanların əlinə tərk edilmiş qəbul edər. Bu düşüncə gerçək olmasa da, çoxsaylı şərtlər uşağın belə düşünməsini tələb edir. Çünki xəstəxana mühiti ev mühiti kimi azad deyil. Bu səbəbdən uşaqları bəzi böhranlara və ruhi reaksiyalara yönəldər.
Xəstə uşaq psixologiyası
Xəstəxanada yatan uşağa necə kömək edilir?
1 - Dörd yaşlarına qədər kiçik uşaqların ananın yoxluğuna çətin alışdıqları diqqətə alınaraq, anaların uşağın yanında qalması təmin edilə bilər. Daha böyük uşaqlarda isə ailənin xəstəxanaya gəlib-getməsi asanlaşdırılmalıdır .
2 - Xəstəxanada yatan uşağı məşğul etmək üçün çarələr tapılmalı, uşağın xəstəxana həyatına uyğunlaşması işçilər tərəfindən edilməlidir.
3 - Proqramlar, gerçək şəkildə uşağa açıqlanmalıdır. "Heç ağrıtmayacaq" deyib, ağrıdıcı bir müalicə edilsə, uşağın etibarı itir. İynə vurularkən "Ağrıdacaq, amma səbirli ol, sənin yaxşılığın üçündür" kimi sözlərlə uşaqdakı gərginliyi aradan qaldırmağa çalışmalıdır. Bu şəkildəki yanaşmaların, həqiqətən xarici qorxuları azaltdığı sabitdir.
4 - Xəstəxanada keçirdiyi vaxt uşağın təcrübəsinin artmasına köməkçi olar. Bu, xəstəxana işçilərinin və uşağın ailəsinin müsbət və yerində yaxınlaşmalarla reallaşar. Ürküdən, ağrılı əməliyyatlar uşaqda iz qoya bilər. Bu izlər nadir hallarda qalıcı ola bilər.
Uşaq sevilməyi öyrənir. 
Xəstə uşaq psixologiyası
Küçəyə oynamağa buraxılmış uşaq hər cür təhlükə və təsirə qarşı açıqdır. Ümumiyyətlə, təsir ömür boyu küçədə qazanılır. Uşaq təsir altına düşərək yeni xasiyyətlər əldə edə bilər. Yetkin insan olanda əmələ gələn şəxsiyyətin quruluş daşlarının bir qismi də küçədə əmələ gələr.
Küçədə müdafiəsiz uşaqlara pozğun insanların zərəri yetirməsi daha asan olar. Uşağın ömür boyu unuda bilməyəcəyi hadisələrin reaksiyası cəmiyyətin unutduğu, şəxsiyyətsiz bir insan yaradır.
Küçənin uşağa faydalı tərəfi yoxdurmu?
Küçə müdafiəsiz uşaqlar üçün təhlükəlidir. Əslində, küçə, uşaq bağçası və açıq hava, uşaqlar üçün çox lazımlıdır. Küçəni sevməyən uşağa rast gəlmək çətindir. Uşaqlar küçədə azadlıq havası alır, gözlərinin qarşısından keçən obyektlər çox müxtəlif və rənglidir. Uşaq özünə inam duyğusunu küçədə gücləndirər. Yoldaşlığı, digər uşaqlarla birlikdə olmağı, cəmiyyətlə ilk əlaqəsini körpələr evi və məktəbdən əvvəl küçədə öyrənər.
12 yanvar 2014
GO BACK