1. Uşaqlarınızın baxdığı filmlərə nəzarət edin və verilişlərin bəzilərinə onlarla birlikdə baxın. Belə olan halda siz onlarda yaranan suallara cavab verə biləcək və onların göstərilən proqramları düzgün şəkildə başa düşmələrinə kömək etmiş olacaqsınız. Unutmayın ki, siz özünüz də bir zaman öz valideynlərinizdən bilmədiklərinizi öyrənmisiniz. Daha yaxşı deyilmi ki, övladlarınızın bilmədikləri sualların cavabını özgələrdən deyil, sizin özünüzdən öyrənsilər.
2. Televizya proqramlarının vaxtını məhdudlaşdırın. Televizoru uşaqların yataq otağında qoymayın.
4. Televizorda ruhi gərginlik yaradan səhnələr göstərildikdə ya kanalı dəyişdirin, ya da televizoru söndürün. Belə səhnələrin nə kimi problem yaratdığını uşaqlara onların qavraya biləcəkləri şəkildə başa salın.
5. Uşaqların yanında oğurluq, ölüm, qətl kimi hadisələrdən söhbət açmayın və hər hansı bir çətinliyin həll olunmasında bu yolun ən pis vasitə olduğunu vurğulayın.
6. Uşaqlarınızı televizyanın elmi, dini və idman verlişlərinə baxmağa təşviq edin.
7. Bir çox proqramların seçimində uşaqlarınıza kömək edin.
8. Birlikdə maraqlı bir filmə baxdıqdan sonra, birgə əyləşib onun yaşına uyğun şəkildə həmin filmin zəif və güclü cəhətlərini təhlil edin. Bu onların təfəkkür qüvvəsinin güclənməsinə səbəb olacaqdır.
9. Uşaqlar televizyaya tamaşa etdikləri zaman başqa bir işlə məşğul olmamalı, həmçinin mütailə üçün də elə yer seçilməlidir ki, başqa bir şey onların diqqətini yayındırmasın. Yemək zamanı ailənin bir-birinin yanında oturduğu saatdır. Belə vaxtlarda televizoru söndürməyi unutmayın.
10. Əziz valideynlər unutmayın ki, sizin rəftarınız uşaqlarınızın tərbiyyəsi üçün ən təsirli məktəbdir.