Əsasən əvvəlcə cinsiyyətin dəqiqləşməsini gözləyən ana-ata namizədləri seçimlərini çəhrayı, mavi və ya pastel tonlarında yaşıl, sarı kimi rənglərdən fikirləşirlər. Bir körpə üçün daima, bir vitrində və ya jurnalda görülən o mükəmməl, xəyallardakı otaq arzulanır.
Ancaq dekorasiyada edə biləcəyiniz lazımlı dəyişikliklərin uşağınızın zəka formalaşmasına edəcəyi təsirləri öyrəndiyinizdə fikriniz necə olardı? Bəzi nümunələr verək:
Uşaq doğulduğu ilk ay içində görüş məsafəsi az olar. Körpənin diqqətini rənglərdən daha çox qara və ağ kimi kəskin rənglər çəkər. Qırmızı da ilk diqqət çəkən rənglərdəndir.
Pastel tonunda bir divar rənginin üzərinə körpənin diqqətini çəkə biləcək qara, ağ bir aboy və ya özünüzün iri uclu bir karandaşla çəkə biləcəyiniz bir motiv uşağın hərdən bir diqqətini çəkməyə, bu kəskin rəng fərqlərini aydınlaşdırmağa yönləndirəcəkdir.
Körpənin 4 ayından sonra, artıq rəngləri ayıra bildiyindən, bu motivlərin içini sarı, yaşıl, bənövşəyi kimi arzuladığınız canlı rənglər ilə dolduraraq ona təzə diqqət nöqtələri təqdim edə bilərsiniz.
Körpələr üzlərə baxmağı çox xoşlayarlar… Bu səbəblə onun gördüyü yerlərə sevdiklərinin şəkillərini yerləşdirməyiniz, uşağa onları yatdığı yerdən tanımaq, ayırd etmək imkanı verəcəkdir.
Uşağınızın alt dəyişdirmə parçasının üzərinə ən sevdiyiniz cizgi film xarakterinin bir rəsmini yapışdırın. Siz onun altını dəyişdirərkən, körpənizin onunla söhbətlərini dinləmək çox xoşunuza gələcək. Arada bir “soruş görək Mickey Mouse bu gün nələr edib?Bəs sənin bu kirli halına Mickey Mouse nə deyir?” kimi diqqət çəkən suallar ilə siz də bu söhbətə qatıla bilərsiniz.
Və ya dekorasiyanı başladığınız andan etibarən evinizə gələnlərin rəngli boyalar ilə əl izlərini divarlarınıza basıb, yanına imzalarını atmalarını, ailənizə gələcək olan fərd üçün bir iki kəlimə yazmalarını da istəyə bilərsiniz. Bəlkə də bəzi çox yaradıcı beyinlər, sizə əl izlərindən hətda rəsimlər belə düzəldə bilərlər.
Körpələrin üzləri ayırd etməyi çox xoşladığını demişdik.Divara uşağa uyğun yapışdıracağınız bir güzgü, körpənizin özünü və hərəkətlərini aydınlaşdırmağa kömək edəcəkdir.
Bu seçimlərdən 2-3 ünü edərək, gün içində körpənizi dəyişik vəziyyətlərdə bu xəbərdar edicilərlə tək buraxdığınızda beyin formalaşmasını yaradan reflekslərin daha tez-tez hərəkətə keçmələrinə imkan yaratmış olarsınız.