Qadin.NET / Bacı-qardaş davası

Bacı-qardaş davası

Bacı-qardaş davası
Qardaş-bacı davasını necə həll edə bilərik?
İki uşağınızın bir-biriylə dava etməsini, kiçik uşağın böyüyünü narahat etməsi vəziyyətini dəyişdirmək üçün edə biləcəklərinizə nəzər salaq.
"22 aylıq qızım 3 yaş yarımlıq oğlumu vurmağa cəhd edir".
" 2 yaşındakı oğlum 8 yaşındakı böyük qardaşını incidir".
"Kiçik uşağım 5 yaşındakı böyük qardaşının kürəyinə dırmaşır və bir daha aşağı enmir".
Qardaşlar arasında yuxarıda dediklərimiz kimi kiçik olan qardaşın mübahisəni başlatması, böyük olan qardaşa hücum etməsi, onu incitməsi kimi hallar ola bilər. İki yaşlı uşaqların beyin inkişafları hələ tamamlanmadığı üçün duyğularını ifadə etməkdə çətinlik çəkirlər. Özlərini sözlərlə ifadə edə bilmədikləri üçün fiziki olaraq reaksiya göstərirlər.
Bir valideyn kimi kiçik uşağınızın böyük qardaşını və ya bacısını narahat etdiyini görürsünüzsə və uşağınızın bu davranışını dəyişdirmək istəyirsinizsə, əvvəlcə uşağınızın hisslərini, ehtiyaclarını anlamalısınız.
Məsələn, kiçik uşağınız bacısını vurursa:
Ola bilər ki, uşaq böyük bacısı ilə ünsiyyətə olmaq istəyir. Bacısının diqqətini çəkmək üçün onu vurur və özünü bacısına göstərmək istəyir. Belə bir vəziyyətdə kiçik uşağınızın hərəkətlərini sözlə başa salin: " Görürəm ki, bacının diqqətini çəkmək üçün ona vurursan. Sən "Bacı, mən buradayam, mənimlə oyun oynayarsanmı?" deyə bilərsən".
Bacı-qardaş davası
Ola da bilər ki, uşağınız bacısının sahib olduğu bir əşyanı istəyir. Belə bir vəziyyətdə: "Bacını vurmaq yerinə ondan oyuncağı ilə oynamaq üçün icazə istəyə bilərsən" deyə bilərsiniz. Bacıları və ya qardaşları ilə oyuncaqlarını paylaşmaqda istəksiz ola bilərlər. Bu vəziyyətdə kiçik qardaşa növbəsini gözləmək, böyük qardaşa isə paylaşma anlayışlarını izah etməlisiniz.
Uşağınız bacısına hücum edib onu vura  bilər. 2-3 yaşlı körpələr ümumiyyətlə xoşbəxt, şən bir şəxsiyyətə sahib olsalar da, bəzən bədbəxt ola və köməyə ehtiyac duya bilərlər. Fiziki bir narahatlıqları ola biləcəyi kimi, bəzi qorxuları və qayğıları da ola bilər. Uşağınızla bu tərz mövzulara diqqət edərək ünsiyyət qura bilərsiniz.
Bacı-qardaş davası
Uşağınız sizin böyük bacısı ilə olan əlaqənizi qısqana da bilər. Hər uşaq ana və atasıyla tək başına vaxt keçirmək istər və bu vaxtları qardaşlarıyla paylaşmağı xoşlamaz. Əgər kiçik uşağınızın, bacısının sizinlə keçirdiyi zamanı qısqanmasından şübhələnirsinizsə, gün ərzində uşaqlarınıza ayrı-ayrı vaxt ayırmağa çalışın. Məsələn, bir müddət böyük uşağınızın tapşırıqlarına kömək edəcəksinizsə, əvvəl kiçik uşağınızla 5-10 dəqiqə oyun oynayın, beləcə böyük bacısı ilə keçirdiyiniz zamanda daha az darıxacaq, vəziyyəti daha yaxşı qavraya biləcək.
Bütün bunlarla yanaşı böyük övladınıza da kiçik qardaşıyla necə maraqlanması lazım olduğunu izah edə bilər, öz davranışlarınızla böyük uşağınıza kömək ola bilərsiniz.
10 dekabr 2013
GO BACK