Qadin.NET / Körpənin çəkisi və dişi

Körpənin çəkisi və dişi

Körpənin çəkisi və dişi
Çəkisi:

Uşağın bədən çəkisini hesablamaq üçün xüsusi formul mövcuddur.1 ayından 6 ayına qədər uşağın ilkin bədən çəkisinin üzərinə ayların sayını 800-ə vurmaqla alınan nəticəni əlavə etmək lazımdır.Məsələn, uşaq 3000 q çəki ilə anadan olmuşdursa, 2 ayında onun bədən çəkisi 4600 q olmalıdır.7 ayından 12 ayına qədər olan müddətdə isə ilkin çəki üzərinə 6-ya vurulmuş 800 q və ikinci yarımillikdə ayların sayına vurularaq 400 q əlavə olunur.

Uşaq 3000 q çəki ilə anadan olmuşdursa,8 aylığında onun bədən çəkisi nə qədər olmalıdır?

3000+(800*6)+(400*2)=3000+4800+800=8600 qr. 

Dişləri:

İlk dişlər 6-9 ayında çıxır.Bir yaşında onların sayı 8 olmalıdır.Hansı yaşda körpənin neçə dişi olmalıdır? Bunu belə bir formulla hesablayırlar:ayların sayından 4 çıxırlar.Bu formula görə 2 yaşında körpənin 20 dişi olmalıdır(24-4=20)

 

22 dekabr 2010
GO BACK