Qadin.NET / Uşağınıza xoşlamadığı yeməkləri sevdirmək

Uşağınıza xoşlamadığı yeməkləri sevdirmək

Uşağınıza xoşlamadığı yeməkləri sevdirmək

Mütəxəssislərə görə bir uşağın yeni bir qidanı qəbul etməsi üçün eyni qidanı 15-16 dəfə sınaqdan keçirməlisiniz. Anaların ən böyük ehtiyacının səbir olduğunu ifadə edən mütəxəssislər rədd edilən bir yeməyin fərqli bişirmə üsullarıyla təqdim edilməsini təklif edir. 

Uşağınıza xoşlamadığı yeməkləri sevdirmək
Anaların uşaqlarının qidalanmaları ilə bağlı çətinlik çəkdikləri məsələlərdən biri də onları yeni qidalarla tanış edilməsidir. Halbuki bir uşağın yeni bir qidanı qəbul etməsi üçün 15-16 dəfə sınaqdan keçirilməlidir. Mövzuyla əlaqədar olaraq analara təklifləri olan dietoloq Ece Nevra Durukan, bu sınaqları ard-arda olmamasını və əgər rədd edilən bir yemək varsa, fərqli bişirmə üsullarıyla təqdim edilməsini təklif edir.

Uşağınıza xoşlamadığı yeməkləri sevdirmək

Xörəkləri əyləncəli göstərmənin faydalarını qeyd edən Durukan həm də bildirir ki, yeməkləri birlikdə hazırlaya bilər, kərəviz və kökü pişik şəklində salat edərək tərəvəzləri yedirə bilərsiniz. Bundan başqa uşaqlar super qəhrəmanlara çox maraq göstərir və həmişə onlar kimi olmaq istəyirlər. "Sən super qəhrəman olsan, nə yeyərdin?" oyunu oynamaq yeni qidaya alışma müddətində çox əyləncəli və köməkçi ola bilər. Səncə bu "super qəhraman" bu qədər güclü olmaq üçün hər gün süd içir?" deyə soruşanda təkrar düşünməsi üçün bir az da gözləyə bilərsiniz. Uşağınızın ən sevdiyi super qəhrəmanın ağzından "bu gün neçə dənə meyvə yedin?" kimi qeydləri soyuducunun üzərinə yapışdırmağın da təsirli bir üsul olacağını ifadə edən Durukan deyir ki, uşğınızın sevmədiyi qidanın fotoşəklini kəsin və ona gözlər saçlar düzəldərək sevimli bir hala gətirin. "Salam, mən kəvərəm, səhərdən bəri səni soyuducuda səbirsizliklə gözləyirəm" kimi qeydlər əlavə edin. Bunun uşağınızın dünyagörüşünü dəyişdirməsinə də köməyi olacaq.
Uşağınıza xoşlamadığı yeməkləri sevdirmək
Sonda isə bütün analara bu işdə səbir diləyən Durukan bu müddətdə uşaqların daha çox yemək yediyinin və sevmədikləri yeməyi necə sevdiklərinin şahidi olacağını bildirib.
29 noyabr 2013
GO BACK