Valideyn olmağa hazır olmayan, körpənin gətirəcəyi həyati dəyişikliklərlə əlaqədar mənfi gözləmələr içində olanlara psixoloq Arzu Günəşin təklifləri ilə tanış olun.
Hamiləlik - müsbət və mənfi duyğuların yaşana biləcəyi əhəmiyyətli bir həyat prosesidir. Bu proses hamiləlik xəbərinin alınmasından etibarən xoşbəxtlik və sevinc duyğularını xatırlatsa da bir çox mənfi duyğular da yaşana bilər; qayğı, narahatlıq, qeyri-müəyyənlik, günahkarlıq, çatışmazlıq kimi. Bu duyğular atalara da aiddir. Ata olmağa özünü hazır hiss etməyən, ata olmaq mövzusunda lazım olan bacarıqları özündə görə bilməyən və körpənin həyatna gətirəcəyi dəyişikliklərlə əlaqədar mənfi gözləmələri olan bir kişi bir çox mənfi duyğu yaşaya bilər. Psixoloq Arzu Günəşin körpə qayğısı yaşayan cütlüklərə bu təklifləri var...
Yaxşı ünsiyyətə sahib olmaq:
Yaxşı ünsiyyətə açıq söhbət və qarşıdurmalarla baş çıxarmaq bacarığı daxildir. Yaxşı ünsiyyət bir çox çətin vəziyyətdə olduğu kimi hamiləlik və yeni körpə sahibi olanda da cütlüklərin ən əhəmiyyətli problemləri həll etmə vasitəsidir.
Hamiləlik və zahılıq mövzusunda məlumatlı olmaq:
Öncə qeyd edək ki, zahılıq çətin həyat müddətidir. Xüsusilə ilk körpədə bu prosesdə ana üçün həm fiziki, həm də mənəvi məcburiyyətlər ola bilər. Bu dövrdə diqqəti yoldaşının yanında olan kişi körpənin məsuliyyətlərini mümkün olduğu qədər paylaşmalıdır. Bundan başqa ananın ola biləcək duyğu həssaslığı mövzusunda həqiqi diqqətli olan bir həyat yoldaşı bu prosesin asanlıqla yoluna qoyulmasına kömək edə bilər.
Yoldaşlar arasında vəzifə və məsuliyyət hazırlığı (ədalət duyğusunu təmin etmək):
Xüsusilə ilk körpənin dünyaya gəlməsi bir çox cütlüklərin əlaqələrinə mənfi təsir göstərir. Bu təhlükənin fərqində olan və əvvəldən tədbir görən valideynlər ya heç çətinlik yaşamır, ya da qısa müddətdə əlaqələrini əvvəlki vəziyyətə gətirirlər.
Xüsusilə ev işləri, körpənin məsuliyyətlərinin çoxusu qadının üzərinə düşdüyü üçün ər-arvad arasında məsafə yaranır və qadında ədalətsizlik duyğusu inkişaf edə bilər. Bu da bir əlaqə üçün əhəmiyyətli bir maneədir.
Fərdiliyə zaman ayırmaq:
Hamiləliyin son dövründə və körpə dünyaya gəldikdən sonra həyatı çox dəyişən ana bu vəziyyətə adaptasiya olmaq məsələsində mütləq çətinliklər yaşayacaq. Ananın (və atanın) həyatı nə qədər az təsirlənsə, fərdi həzz fəaliyyətləri nə qədər davam etdirilə bilərsə, o qədər yaxşıdır.
Bir-birinə zaman ayırmaq:
Xüsusilə körpə dünyaya gəldikdən sonra aralarındakı əlaqəyə laqeyd yanaşmayan, bir-birinə vaxt ayıran və baş-başa keçirdiyi zamanın keyfiyyətini yüksək tutmağa səy göstərən valideynlər bu müddətdən əlaqələri mənfi təsirlənmədən, hətta güclənərək çıxırlar.
Analıq və atalıq duyğusunun fərqli proseslərdə yarandığının fərqində olmaq:
Ata olma duyğusu analıq duyğusundan çox sonra formalaşır. Çünki analığa namizəd qadın 9 ay körpəni qarnında daşıyarkən analıq duyğusunu sıx şəkildə yaşayır və körpə dünyaya gəldikdən sonra da istər süd verərək, istərsə də onunla daha çox vaxt keçirərək analığı əvvəldən mənimsəyir. Ata isə yeni doğulan körpə ilə məhdud birliklə başlayan əlaqəsini körpə böyüdükcə inkişaf etdirə bilər. Bu gerçəyin hər iki valideyn tərəfindən bilinməsi ana və atanın bir-birini anlamasını asanlaşdıracaq.
Həqiqi təmənna sahibi olmaq və istədiklərini yoldaşı ilə (və ya kimdən gözləyirlərsə) açıq danışmaq:
Həqiqi olmayan gözləntilər peşmanlığa səbəb olacaq. Gözləmələrinin həqiqi olub-olmadığını insan qarşısındakını tanıdıqca analiz etməli və həqiqi olmayan gözləntilərini dəyişdirməlidir. Bundan başqa, danışmadan başa düşülməyi ya da istəmədən istəyinin qarşılanmasını gözləmək son dərəcə səhv və dəyişdirilməsi lazım olan bir yanaşmadır ("Mən istəyəndə bir qiyməti olmaz. Mən istəmədən, söyləmədən istədiyim şeyi etməlidir" anlayışını dəyişdirmək).
Kökü olan ailələrdə cütlük olaraq ortaq qərar vermək və lazım olanda birlikdə sərhəd qoymaq:
Kökü olan ailələrdə yeni doğulan körpə mövzusunda cütlük əvvəldən danışmalı və narahatlıqlarını göstərməlidir. Bu mərhələdə ortaq qərarlar verilməli və daha sonra əsaslı şəkildə tətbiq olunmalıdır. Ancaq belə ailələrə bir azadlıq vermək və onlara müdaxilə etməmək lazımdır.