Qadin.NET / Uşaqlarda yerini islatma

Uşaqlarda yerini islatma

Uşaqlarda yerini islatma
Ailə olmaq bir çox adamın xəyalı, xoşbəxtlik verici bir faktdır. Lakin ailə olanda uşaqların çətinliklərini görməzlikdən gəlmək böyük problemləri də özü ilə gətirə bilir. Gecələr altını islatma problemi yaşayan uşaqlar şəxsiyyət inkişafı baxımından bu vəziyyətdən mənfi təsir görür. Özünə qapanan uşaq utandığı üçün bunu sirr olaraq saxlayır, yoldaşları ilə birgə yaxşı vaxt keçirtmir; yay düşərgələri, məktəb gəzintiləri kimi fəaliyyətlərdə iştirak etmir. Psixoloq Ayşə Yanık Knudsen bu problemin uyğun müalicə və ailənin maraqla həll edəcəyini ifadə edir. İlk öncə problemin səbəbi müəyyən uşaqlarda altını islatmazdan əvvəl problemin səbəbinin təyin olunmasının lazım olduğunu ifadə edən Psixoloq Ayşə Yanık Knudsen bu mövzuyla əlaqədar fikirlərini belə ifadə edib: "Əgər uşaq tualet "təhsili almış" və tualetini etməkdə bir problem yaşamırsa, altını islatma probleminin psixoloji səbəbdən ola biləcəyini düşünmək lazımdır. Boşanma, ölüm, çətin şərtlər altında yaşamaq, məktəbə yeni başlama kimi problemlər uşaqlarda gecələr altını islatmalarına səbəb olur. Altını islatma valideynlər üçün olduğu qədər uşaq üçün də olduqca çətin bir vəziyyətdir.
Uşaqlarda yerini islatma
Gecələr altını isladan uşaq, özünü daha etibarsız, utanmış və narahat hiss edir. Qardaş qısqanclığına diqqət yetirilməlidir. Altını islatmayan kiçik qardaş qısqanclığına da diqqət yetirilməsi lazım olduğunu söyləyən Psixoloq Ayşə Yanık Knudsen, bu kimi vəziyyətlərdə ailəyə böyük məsuliyyətlər düşdüyünü deyir. Evə yeni bir körpə gələndə ailə kiçik körpəyə daha çox diqqət ayırır və onu qoruyur. Axı yeni doğulan körpə həm də müdafiəsizdir. Beləcə uşaq özünü təcrid edilmiş hiss edə bilər. Knudsen bele söyləyir: "Əgər ailə dərhal altını isladan uşaqla maraqlansa, ailəsinin onu da çox sevdiyini düşünəcək. Ailə sevgi paylaşmasını tarazlıqda tutmalı, böyük uşaq və kiçik uşaq arasındakı paylaşmaları eyni etməli, bu problemin ortadan qalxmasına böyük ölçüdə köməkçi olmalıdır".
Uşaqlarda yerini islatma

Ailənin uşağa yanaşması necə olmalıdır?
Gecələri altını islatma çox həssas bir vəziyyət olduğu üçün uşağa da həssas bir şəkildə davranmanin əhəmiyyətli olduğunu söyləyən Psixoloq Ayşə Yanık Knudsen ana-atanın nə şəkildə davranması lazım olduğunu bu sözlərlə açıqlayır: "Uşaqlarda qısqanclığa bağlı olaraq meydana gələn bu vəziyyətin hər kəsin başına gələ biləcəyini ailələr qəbul etməlidir. Altını isladan uşağı cəzalandırmaq da təsirsizdir, bunun yerinə problemi qəbul edib həll yolları axtarmaq lazımdır. Problemin həllinə istiqamətli olaraq bu davranışın altında yatan səbəblər olmalı və ortadan qaldırılmalıdır. Bu mənada bir psixoloqun fikirinə müraciət edilərək professional kömək alınması yardım edəcək. Ailələr bundan başqa səbirli olmalı və uşağa vəziyyətin düzəlməsi üçün zaman verməlidir. Çünki bu problemi yaşayan uşaqlar da ən azı ailələri qədər bu vəziyyətdən narahatdır və tezliklə həll olunmasını istəyirlər.
14 noyabr 2013
GO BACK