Qadin.NET / Məktəb öncəsi uşaqlarda yoldaşlıq münasibəti

Məktəb öncəsi uşaqlarda yoldaşlıq münasibəti

Məktəb öncəsi uşaqlarda yoldaşlıq münasibəti
Əksər vaxtlarda yoldaşlıq əlaqələri yaşına və cinsinə görə fərqli olur. Məsələn, 2-3 yaş arası uşaqlarda yoldaş seçimi cinsə görə əhəmiyyətli deyilsə, 3-4 yaş arası həmcinslər real həyatdakı müşahidələrini təkrar edən oyunlar qururlar. 5-6 yaşda isə (daha çox 6 yaş) qarşı cinsə maraq artır və oyunlar birlikdə qurulmağa başlayır. Hətta valideynlər 4-6 yaş arası uşaqlardan sevgi, eşq kimi anlayışları eşitməyə başlayırlar. 
İki yaşına qədər yeni doğulmuş körpə qarşısında oynanan oyunlara yoldaşlıq etmir, ya da reaksiya vermirmiş kimi düşünülür. Əslində çıxardığı fərqli tonlardakı səslər, jest və mimikaları ilə diqqətini oyunda cəmləşdirir. Bunun üçün sürətlə çox şeyi də öyrənir. 
İki yaşlı uşaq şifahi ya da qeyri-şifahi yollarla duyğularını valideynlərinə və ya müəlliminə, sevdiyi və sevmədiyi yoldaşları ifadə edir. Ev və ya bağça mühitində sevdiyi yoldaşları ilə yan-yana olanda belə ayrı künclərdə ayrı oyunlar oynayırlar. Bunun səbəbi bu yaşda uşaqların hələ birlikdə oynamaq kimi mücərrəd düşünməyi bacarmamalarıdır. Onların eyni otaqda fərqli oyuncaqlarla ayrı künclərdə oynaması normal haldır. 
Məktəb öncəsi uşaqlarda yoldaşlıq münasibəti
2,5-3 yaş arası uşaqlar həmcinsləri ilə eyni oyunu yan-yana, amma bir-biri ilə əlaqəsiz oynayırlar. Məsələn, iki qız uşağı marketə getmək səhnəsi üzərində oyunlarını saatlarla davam etdirə bilərlər. Lakin "səhnədə" qarşılıqlı dialoqları olmaz.
4 yaş etibarı ilə uşaqlar artıq mücərrəd düşünməyi tələb edən oyunları "səhnəyə" qoyurlar. 
4 yaşa qədər uşaqlar arasındakı münasibətlərdə valideynləri narahat edən problemlərə itələmə, vurma, dişləmə, pis sözlər işlətmək də daxildir. Valideynlər ya uşaqlarının zərər görməsindən narahat olub digər uşaqdan şikayət edirlər, ya da  bu davranışı öz uşaqlarının da öyrənə bilmə ehtimalını düşünürlər. 
Bütün bu mərhələlərdə həm uşağınıza dəstək verə bilməli, həm də sağlam ictimai inkişafına imkan yaratmalısız. Bəs bunun üçün valideynlər nələr edə bilər? 
Məktəb öncəsi uşaqlarda yoldaşlıq münasibəti
Uşaqların yoldaşlıq əlaqələrinin inkişafına dəstək vermək üçün valideynlərə məsləhətlər
1. İlk olaraq uşaqlarınızın siz varkən də tək qala biləcəklərini öyrənmələri üçün səy göstərin. Hər saniyə evdə özünüzü fəda edərək oyunlar oynamaq məcburiyyətində deyilsiniz. İmkan verin özünü əyləndirməyi öyrənsin.
2. Etibarlı bir əlaqənizin olması üçün səy göstərin. Çünki ilk tanıdığı insanlarla sizinlə olan əlaqələrini və bu əlaqəyə dair hissiyyatlarını müqayisə edəcəklər. Digərləri ilə də bu istiqamətdə ünsiyyətə quracaqlar.
3. Uşaqlarınızla gözəl zaman keçirin. Davamlı olaraq eyniliklər təqdim etməyin. Qoy xəyal dünyaları zənginləşsin. Bu, oyun qurma bacarığını inkişaf etdirə bilər. Unutmayın ki, yaxşı oyun qurucusu olmaq yoldaşlar arasında maraqlı bir xüsusiyyətdir.
4. Uşağınıza dəyər verin. Beləcə digərlərinə qarşı da tənqid deyil, qəbul edərək özünə yaxınlaşdıra bilmələrinə imkan yarana bilər.
5. 2-3 yaşdan etibarən (hələ də işləyən valideynlərsinizsə), mütləq güvəndiyiniz bir bağçaya müraciət edin. 
Məktəb öncəsi uşaqlarda yoldaşlıq münasibəti
6. Küçədə, parkda, qonşuda və sonra da məktəbdə olan yoldaşlıq problemlərini sizə bildirəndə dinləyin, amma böyütməyin. Qoyun məktəbdə özü bir həll yolu tapmağa çalışsın. Ya da evdə söhbət əsnasında həll etmək üçün nələr edə biləcəyini özündən soruşun. Birlikdə həll yolları axtarın. "Mən sabah danışıb həll edərəm" deməyin. Müəllimlə danışmalı olsanız da bunu uşağınızın bilməməsi daha yaxşıdır.
7. Hər kəs hər kəsi sevə və bəyənə bilməz. Əvvəl buna siz inanın. Əlbəttə, məktəbdə uşağınızın sevmədiyi, ya da onu sevməyən yoldaşları olacaq. Bu, normal bir haldır.
 8. Həftə sonu fəaliyyətinizin gəzinti əvəzinə peşə və idman məzmunlu olmasına səy göstərin. 
11 noyabr 2013
GO BACK