Göbək kordonu ana qarınındaykən körpə ilə ana arasındakı qan yolu ilə oksigen ilə karbondioksidin və qida maddələri ilə körpənin tullantı maddələrinin dəyişməsini təmin edən çox əhəmiyyətli bir quruluşdur. Doğum sonrası artıq bir funksiyası qalmaz. Təmiz və quru tutulsa təxminən 3-4 gün ərzində düşər, yeri yaxşılaşar. Bu zaman ərzində körpənizi hər gün körpə yağları və ya losyonlarıyla göbəyini qoruyaraq silə bilərsiniz.
Göbəyi düşənə qədər, hələ düşməmiş göbək kordonunu bezin içinə qoymadan, çöldə buraxacaq şəkildə bağlayın. Bu şəkildə mikrobların keçməsinə, çox açıq olan göbək kordonunun sidiklə ıslanmasına və mikrob götürməsinə mane olarsınız.
Son vaxtlar az faizli spirt istifadəsi təklif edilir.
Göbək bağı istifadə etməyin. Bu müddət ərzində körpənizi süngər duşu ilə təmizləyə bilərsiniz. Göbək düşdükdən sonra hamam duşu etdirə bilərsiniz. Ancaq ilk duşu göbək kordonu quruyub düşdükdən bir gün sonra edilməlidir.
Hansı hallarda həkimə müraciət edilməlidi?
1)Göbəyin ətrafında qırmızılıq olarsa
2)Göbəkdən irin axarsa
3)Körpənin hərarəti qalxarsa.