Qadin.NET / Körpə döş əmmək istəmirsə

Körpə döş əmmək istəmirsə

 

Xanımlar hamımız bilirik ki,indi yeni ana olmuş xanımların çoxu  körpələrini əmizdirmək istəmirlər.Səbəb isə deyirlər ki,südüm yoxdu və ya uşaq döşümü götürmür.Amma mənim fikrimcə bunlar hamısı bəhanədir,süd vermək istəməyən xanımlar özlərini fikirləşirlər.Birdən fiquraları pozular.Amma onu bilmək lazımdı ki,körpəyə süd əmizdirmək həm ana üçün həm də körpə üçün xeyrlidi.Körpənin döş götürməməsinin bir neçə səbəbləri ola bilər.Onlar bunlardır gəlin birlikdə oxuyaq.

Döş götürməmənin səbəbləri:

1)Körpə xəstə ola bilər.

2)Soyuqdəymə səbəbiylə burnu tıxalı ola bilər.
3)Ağzında pambıqcıq vardır.

4)Körpə əmə bilməyəcəyi  qədər kiçik və gücsüzdür.
5)Doğuşdan sonra körpə anadan ayrı qalmış və əmizdirmə gecikmiştir.

6)Əmziklə bəslənən körpə ana məməsi ilə əmzik ucundakı süni məməni qarışdırmışdır.
7)Ana südünün yanında su, şəkərli su, mama verilmişdir.

Bu problemləri aradan qaldırmaq yoları:

1)Həkiminizlə məsləhətləşin.

2)Hər əmizdirmə əvvəlində körpənin burun dəliklərini qaynamış  su ilə təmizləyin.

3)Körpə əmməyə başlayana qədər südünü təmiz qaba sağ və qaşıqla ver.

4)Səbirlə əmizdirməyi sına.

5)Davamlı olaraq döşlərini sağ,südün təzələnsin və artsın.

6)Ana südündən başqa südlər vermə.

7)Körpə əmərkən çox geyindirmə.

Hə xanımlar baxın mənim oğlum 1 yaş 10 aylıqdı mən hələ də onu ana südü ilə qidalandırıram.Yaşadığım yerdə mənə deyirlər ki,sən dəli olmusan bu yekə uşağı hələ də əmizdirirsən.Mən də fəxrlə deyirəm ki,Allahın verdiyi neməti niyə də ki,balamdan əsirgəyim?Hələki südüm var qoy əmsin.Əmməyin ziyanı yoxdu,həm oğluma həm,də mənə xeyri var.

Hə yeni ana olmuş xanımlar siz də körpələrinizdən Allahın verdiyi o gözəl neməti əsirgəməyin.Körpələrinizi əmizdirin.

29 dekabr 2010
GO BACK