Qadin.NET / Körpələrlə erkən inkişaf məktəbi

Körpələrlə erkən inkişaf məktəbi

Uşaqla ünsiyyət

Uşaqla mümkün qədər çox danışmaq gərəkdir. Körpə mütləq böyüklərin ona müraciətlə deyilmiş sözlərini eşitməlidir. Öz hərəkətlərinizi sözlə də izah edin. Bu, uşağın daha tez anlamasına kömək olacaq. Hadisələri, ilin fəsillərini, oyuncaqları, rəngləri - hamısını sözlə başa salın.

Körpələrlə erkən inkişaf məktəbi

Eşitmə qabiliyyətinin inkişafı

Uşaqlar təbiətən musiqi duyumludurlar. Hələ doğulmamışdan qabaq insanda melodik eşitmə qabiliyyəti yaranır. Çox zaman uşağın düzgün inkişaf etmiş musiqi reaksiyası ilə əlaqədar olaraq artıq 3-4 aylığında balaca anasından eşitdiyi musiqini səsləndirir. Əgər uşağın sağlamlığı ilə əlaqədar problemi varsa, musiqi köməklik göstərir. Bunun üçün də musiqi terapiyası da var.

Oyuncaqların seçimi

Uşaq üçün oyuncaq - yeni informasiya mənbəyi, duyğu üzvlərinin inkişafı üçün əsas amildir. Böyüklər üçün isə oyuncaq-diqqət cəlb etmək üçün vasitədir. Oyun zamanı körpə yeni vərdişlər əldə edir və intellektini inkişaf etdirir. Ona görə də oyuncaq alarkən uşaq üçün təhlükəsiz olan materialdan hazırlanan və uşaq əlində tuta biləcək ölçüdə oyuncaqlar alınmalıdır. Çarpayının ətrafında çoxlu oyuncaqların yerləşdirilməsi düzgün deyil. Uşaq üçün 2-3 oyuncaq kifayət edər. Oyuncaqlar 5-6 gündən 1 dəyişdirilməlidir.

Körpələrlə erkən inkişaf məktəbi

0-3 ayına kimi uşaq üçün lazımi oyuncaqlar:

Rəngli "mobil telefon" - hərəkətli konstruksiyalı telefon plastmas fiqurlardan olmalıdır. Bu, uşağın görmə qabiliyyətini inkişaf etdirir, fikrin cəmləşdirilməsinə kömək edir.

Hava şarları - bu da görmə qabiliyyətini inkişaf etdirir. Belə şarları uşağın əlinə də bağlamaq olar. Vaxt keçdikcə uşaq əl ilə şar arasında əlaqə yaradacaq.

Körpələrlə erkən inkişaf məktəbi

Musiqili oyuncaqlar - 3 aylığında uşaqda musiqiyə qarşı reaksiya yaranır. Uşaq musiqili oyuncaqdan səs gələn tərəfə çevrilir. Zınqırovlu və digər səsli oyuncaqlar uşağın eşitmə qabiliyyətinə yaxşı təsir göstərəcək.

Körpələrlə erkən inkişaf məktəbi

Müxtəlif parçalardan olan oyuncaqlar - uşaqda taktik həssaslığı inkişaf etdirəcək. Mütəmadi olaraq belə oyncaqları da yumağı unutmamalıyıq!

Körpələrlə erkən inkişaf məktəbi

4-6 aylıq uşaqlar üçün oyuncaqlar:

Rezin üzük - uşağın dişi çıxan ərəfədə ən ideal oyuncaq hesab oluna bilər. Çünki, diş çıxan ərəfədə uşağın damağı qıcıqlanır və dişləmək istəyir.

Körpələrlə erkən inkişaf məktəbi

Asma oyuncaqlar - uşağın görmə qabiliyyətinə də təsir göstərir. Uşaq həm də onlara toxunub oynaya bilər.

 

Top - çox da böyük olmayan ölçüdə olmalıdır ki, uşaq onu tuta bilsin. Əgər topun içində zınqırov olsa, ona bu oyuncaq həm də eşitmə qabiliyyətinə təsir göstərəcək.

Körpələrlə erkən inkişaf məktəbi

6-cı ayın sonunda isə uşaq topla valideynin dizi üstündə oturub və ya uzanıb oynaya biləcək.

Musiqili oyuncaqlar (tütək, fit, zınqırov) - bunlar eşitmə qabiliyyətinə təsir göstərir və uşaq səsin mənbəyini axtarır.

30 sentyabr 2013
GO BACK