Qadin.NET / Körpələrin dişlərinə qulluq

Körpələrin dişlərinə qulluq

Üst Çənə

A - Orta Kəsici- 8-13 Ay
B - Yan Kəsici - 8-13 Ay

C - İt Dişi   -16-23 Ay 
D - Birinci Azı- 13-19 Ay
E - İkinci Azı - 25-33 Ay

 

Alt Çənə

A - Orta Kəsici- 6-10 Ay
B - Yan Kəsici - 10-16 Ay
C - İt Dişi   - 16-23 Ay
D - Birinci Azı - 13-19 Ay
E - İkinci Azı - 23-31 Aylar

Diş meydana gəlməsi ana bətnində 30-34-cü gündə başlayır, buna görə ananın qidalanması, qəbul etdiyi dərmanlar, keçirdiyi xəstəliklər körpənin dişlərinin zəif və ya qüvvətli quruluşda olmasını təsir göstərir. Daimi dişlərin inkişafı isə doğuş vaxtı başlayır, körpənin keçirəcəyi xəstəliklər, alacağı dərmanlar və qidalanması də gələcəkdə diş çıxartmasına təsir edər.
 
Ortalama 6 aylıqkən körpələr ilk dişlərini çıxararlar. Dişlər çıxmadan əvvəl körpənin ağız suyunda artım, dişlərin qaşınması, körpədə narahatlıq, yuxusuzluq və s. hallar izlənir. Bu dövrdə körpənin dişlərini qaşıma məqsədilə hər tapdığı şeyi ağzına aparması nəticəsində ishal və qızdırma  sıxlıqla görülən şikayətlərdir.
 
Bu dövrdə körpənin qaşıntısını rahatlaşdırmaq üçün qalın kəsilmiş,körpənin qoparda bilməyəcəyi kök, xiyar kimi soyudulmuş tərəvəzlər, soyuducuda soyudulmuş diş qaşıyıcıları körpəyə verilə bilər. Körpədəki narahatlıq bu şəkildə keçmirsə uşaq həkiminizlə və ya diş həkiminizlə məsləhətləşərək tövsiyyə edəcəkləri rahatlatıcı krem istifadə edə bilərsiniz.
 
Dişlərin çıxması ilə birlikdə dişə qulluq başlamalıdır. Hər yedizdirdikdən sonra təmiz yaş bir dəsmalla dişlər silinməlidir. Körpələri bala batırılmış əmzik, şəkər və ya bal ilə qarışdırılmış südlə yatızdırmaq olmaz. Körpə yatdıqdan sonra mütləq əmzik  ağızdan çıxarılmalıdır. 
Süd dişlərinin çıxması 2 -3 yaş kimi tamamlanır. Bu müddət ərzində həkiminizin tövsiyəsi istiqamətində uşağınızın diş sağlamlığı baxımından zəruri kalsium və floru qəbul etmək lazımdı. Flor dərmanının  dozası mütləq diş həkimi tərəfindən nizamlanmalıdır.
 
1,5 - 2 yaş ətrafında körpələr kiçik bir diş fırçası köməyi ilə dişlərini fırçalamalıdır.Valideynlər uşağın dişlərinin təmiz fırçalandığından əmin olmalıdırlar.
Şokolad, şəkər, saqqız kimi məhsulları yemək aralarında yeyilməsinə  diqqət yetirilməlidir. Bu tip məhsulları alarkən də üzərində gülən diş, diş dostu emblemli olanlar seçilməlidir.
 
Uşaqları əsla həkim, diş həkimi ilə qorxutmayın. Hər yaşda olan uşağa anlaya  biləcəyi dildə diş həkimində ediləcəklər başa salınmalıdır. Uşağınızı əsla aldatmayın, sizə və ya diş həkiminə olan inamın tam meydana gəlməsi müalicə prosesini asanlaşdırır.
Unutmayın uşağınızın gələcəkdə sahib olacağı ağ gülüşlər sizə ən böyük hədiyyə olacaq.
8 dekabr 2010
GO BACK