Qadin.NET / Uşaqlarda yuxu nizamı

Uşaqlarda yuxu nizamı


Uşağınızın yuxu problemləri yaşamaması üçün edilməsi lazım olanları bilirsinizmi? Gecə yuxusu uşaqlar üçün çox əhəmiyyətlidir. Uşaqların rahat və yaxşı yatması üçün biz valideynləri aşağıdakı məqamlara diqqət etməliyik.
Uşaqların yuxu müddəti nə qədər olmalıdır?
Uşaqların yuxu ehtiyacı yaş böyüdükcə azalar. Yeni doğulan körpə ilk üç aylıq dövrdə günün 16-18 saatını yuxuda keçirər. Körpələr gecə və gündüz bir neçə dəfə oyanıb təkrarən yatar. Körpə 6 aylıqdan etibarən daha az yatmağa və gecə yuxusundan daha az oyanmağa başlayır. 12 aylıq bir körpənin yuxu ehtiyacı 14 saata qədər enə bilər. 3 yaşına gəldiyi zaman isə 12 saat olur.
Məktəbdən əvvəkli dövrdə yuxu yetkin insanlardakı kimi olur. Günorta yuxusu vərdişi sona çatır. Bu dövrdə bir uşağın gündə ən az 10 saat gecə yuxusu alması lazım olduğu unudulmamalıdır.
Uşağınızın sağlam yuxu nizamı olması üçün nə etməlisiniz?
Gecələr kifayət qədər yatmayan uşaqlarda fiziki və zehni inkişaf geriliyi olur. Bu səbəblə uşağınızın yuxusuna çox diqqət yetirməyiniz lazımdır. Gecə yuxusunun əhəmiyyəti yuxusu əsnasında böyümə hormonlarının ifrazından irəli gəlir. Bir uşaq mütləq ən azı 9 saat gecə yuxusu almalıdır.
Uşaqlarımızın yuxu problemi yaşamaması üçün nə etməli?
- Uşağınızı həddindən artıq dərs yükü, ailə problemləri ilə yükləməyin.
- Yuxu saatını nizamlayın, hər gün eyni saatda yatmasını təmin edin.
- Yuxu zamanına yaxın qazlı içkilər, şokolad və s. kimi yeməklər verməyin.
- Uşağınızın yuxudan əvvəl hazırlıq nizamı inkişaf etdirməsinə kömək edin. Məsələn, yatmazdan əvvəl nizamlı olaraq diş fırçalama və kitab oxumağı hər gecə təkrar etməsi kimi vərdişlər qazandırın.
- Axşam gec saatlara qədər oturmasına icazə verməyin.
Uşaqlarda yuxu nizamı
- Uşağınızın yataq otağının qaranlıq olduğundan əmin olun. Bu, olduqca əhəmiyyətlidir. Çünki, böyümə hormonları gecə 23.00-02.00 arası və qaranlıqda ifraz olunur.
- Televizor qarşısında yatıb qalmasına icazə verməyin.
- Uşağınızın həm fiziki, həm də yuxu problemləri yaşamaması üçün sağlam yataqda yatmasını təmin edin. Narahat yataqlar həm yuxuya getməyə mane olur, həm də onurğa pozğunluqlarına səbəb ola bilər.
- Uşağınızın yataq otağının istiliyi təxminən 22 dərəcə olmalıdır. Çox yüksək və aşağı temperatur yuxunun keyfiyyətini aşağı salır.
14 sentyabr 2013
GO BACK