Qadin.NET / Uşaqlarda dizenteriya xəstəliyi

Uşaqlarda dizenteriya xəstəliyi

Uşaqlar arasında yayılmış xəstəliklərdən biri də dizenteriya xəstəliyidir. Bu xəstəlik öz xüsusiyyətlərinə görə fərqlənən bir çox bakteriyalar: qriqoryev-şiq, fleqsner, zonne və s. tərəfindən törədilir. Uşaq orqanizmində immunitet zəif olduğundan uşaq bir neçə dəfə dizenteriya ilə xəstələnə bilər.

Uşaqlarda dizenteriya xəstəliyi

Dizenteriya xəstəliyinin daşıyıcısı infeksiyalı xəstələrdir. Xəstə adam ilk gündən etibarən yoluxucu olur. Xəstə heç bir zaman törədicidən tamam azad olmur. Südəmər uşaqlar üçün infeksiya mənbəyi çox zaman analar və uşaqlara xidmət edən başqa şəxslər olur.

Xəstəlik törədicisi xəstənin yaxud bakteriya daşıyıcısının orqanizmindən nəcislə çıxır və müxtəlif yollarla ağıza düşür. İnfeksiyanın keçirilməsində həm xəstə adamın,həm də sağlam adamın əlləri çox mühüm rol oynayır.Buna görə də cox zaman dizenteriya xəstəliyinə "çirkli əl" xəstəliyi də deyirlər.

Xəstənin orqanizmindən asılı olaraq, klinik təzahürləri və gedişi müxtəlif olur. Dizenteriya xəstəliyinin inkubasiya dövrü 2-7 gün olur. Dizenteriya xəstəliyinin ilkin əlaməti kolit sindromudur. Bu zaman qarında ağrılar, tez-tez gücənmələr, selikli-qanlı nəcis ifrazı olur.

Uşaqlarda dizenteriya xəstəliyi

Ağır formalı dizenteriya xəstəliyində qarında tutmaşəkilli ağrılarla birlikdə sutkada 15-20 dəfə selikli-qanlı nəcis ifrazı da olur. Demək olar ki, bu zaman ifraz olunan nəcis yox, selik olur. Nəcisdə daim qan olmaya da bilər. Dizenteriyanın ağırlaşmış hallarında uşaqda halsızlıq, temperaturun nisbətən qalxması, baş ağrısı, ümumi halsızlıq, iştahsızlıq yaranır.

 Dizenteriyanın ağır formasında, şüur tutqunluğu,gözlərin çuxura düşməsi, xəstənin baxışının tutqunlaşması, hərəkətsizlik, qusma, mədə bulanması, qıcolmalar, ürək-damar zəifliyi, sianoz əmələ gəlir (göyərmə) və ətraflar soyuyur.

Uşaqlarda dizenteriya xəstəliyi

 Dizenteriyanın profilaktikası üçün valideyin hər zaman uşağın əllərinin təmizliyinə və qidasına fikir verməlidir. Heç bir zaman çiy süd və ən əsas da çiy su verilməməlidir. Müalicə hər bir xəstəyə fərdi təyin edildiyindən mütləq həkimə müraciət edilməlidir.

23 iyul 2013
GO BACK