Qadin.NET / Antidepressantların uşaqlara faydaları və zərərləri

Antidepressantların uşaqlara faydaları və zərərləri

Antidepressant - depressiya, ruhu pozuntular və bu kimi rahatsızlıqları aradan qaldırmaq üçün istifadə olunan, psixiatrik dərman, qida maddələri və ya heyvan və bitki mənşəli (ot, yarpaq, meyvə) dərman qruplarıdır. Antidepressantlar əsasən uşaqlarda, yetkinlik yaşına çatmış gənclərdə və ümumiyyətlə psixoloji gərginlik çəkən kəslərdə baş verən, hətta intihara yol açan (əsasən 18-24 yaşlı gənclərdə) ruhu pozuntuların müalicəsində istifadə olunur. Buna baxmayaraq bu dərmanlarin zərərli təsiri də mövcuddur. Antidepressantların uşaqlarda intihara yol açıb-açmamağını öyrənməzdən əvvəl bu dərmanların müsbət və mənfi  cəhətlərini öyrənməlisiz, buna görə də potensiallı bir problemə yol açıb və açmamağına qərar verməlisiz. Bir cox ailələr "intihar" sözünü eşidəndə dərhal  çaxnaşmaya qapılır, lakin bu çaxnaşmaya qapılmazdan əvvəl övladınızın psixoloji durumunun nə dərəcədə olduğunu, onun sağlamlığı haqqında məlumatları aydınlaşdırın. Uşaqlarınız üçün antidepressatn almazdan əvvəl bunlara fikir verməlisiz: ilk növbədə psixiatr tərəfindən fiziki müayinə - bu müayinənin nəticələrinə görə uşağın sahib olduğu potensial risk faktorları ətraflı araşdırılır. Daha sonra uşağın böhran hiperaktivi kimi başqa ruhi problemlərə malik olub olmadığı araşdırılır. Ailəsində və onun ətrafindaki mühitdə ruh sarsıdıcı halların baş verib vermədiyi müəyyənləşdirilir. Bütün bunlar müəyyən olunduqdan sonra hansı antidepressantı qəbul edib etmediyi müəyyənləşdirilir.
Uşaqlar hansı antidepressantları qəbul etməlidir?
Fluoxetine(Prozac): bu dərman uşaqlarda depressiyanin müalicəsi üçün rəsmi olaraq təsdiqlənib. Buna əlavə olaraq Escitalopram(Lexapro): 12 yaş və daha böyük uşaqlar üçün nəzərdə tutulmuşdur. Lakin həkimlərin uşaqlar üçün öz tibbi hökmlərindən istifadə edərək hazırladıqları antidepressant reseptlərdə istisna edilmir.
Antidepressantların uşaqlara faydaları və zərərləri
Antidepressantlardan istifadə edərkən aşağıdakı simptomlara diqqət yetirin!
Bəzən intihar düşüncəsinin əlamətləri və işarələri çox çətin başa düşülür, hətta bəziləri bunu biruzə vermirlər. Uşaq bu düşüncələrə sahib olduğunu birbaşa sizə izah edə bilməz, lakin siz bu simptomlara diqqət edin:
Əgər övladınızda bu halların hər hansi biri və ya bir neçəsi varsa, vəziyyəti pisə doğru gedirsə, etdiyi hərəkətləri sizi narahat edirsə, həkimlə əlaqə saxlayın, hər şeyin daha da pisləşməsinə imkan yaratmayın. Unutmayın ki ailənizdə baş verən ən kiçik problem olsa belə uşaqlar güclü psixoloji gərginlik keçirirlər. Uşaqlara heç vaxt təziq etməyin, onları sevin, əzizləyin.love
4 iyul 2013
GO BACK