Qadin.NET / Uşaqlarımıza qayğı göstərək

Uşaqlarımıza qayğı göstərək

 

Uşaqlarımıza qayğı göstərək

 

Uşaqlarda diqqətə ehtiyac ən təbii hisslərdən biridir. Uşaqlar diqqətə olan ehtiyaclarını əsasən müsbət hərəkətləri ilə göstərməyə çalışırlar. Ancaq bu şeylərə baxmayaraq, arzu etdikləri nəticəni görmədikdə mənfi hərəkətlərə yol verməyə başlayırlar. Məsələn:yeməyini yediyi halda heç bir diqqət görməyən uşaq təbii olaraq növbəti dəfə yeməyini yeməməyə başlayır. Nəticədə uşaq hər dəfə eyni hərəkətlə istədiyinə nail olacağını düşünərk, mütəmadi olaraq bu hərəkəti davam etdirir. Belə hallarda, ilk növbədə, övladınızın hərəkətlərini başa düşdüyünüzü göstərməlisiz. Ancaq bütün hallarda onun diqqətə olan ehtiyacını dərhal ödəməyə çalışmamalısınız. Bunu uşağınızın heç gözləmədiyi bir vaxtda etmək həm onun mənfi hərəkətlərinin qarşısını alar, həm də uşağın bu təbii arzusu yerinə yetirilmiş olar.

 

Uşaqlarımıza qayğı göstərək

 

Övladınızı nə başqa uşaqlarla, nə də bacı-qardaşları ilə müqaisə etməyin. Belə müqaisələr həm sizə, həm də uşağınıza mənfi təsir göstərə bilər. Belə ki, siz bu müqaisələrlə övladınızın heç bir şey bacarmadğını düşünməyə başlaya və ona qarşı obyektivliyinizi itirə bilərsiniz. Bu isə təbii olaraq, sizin uşağınızın olduğu kimi görməyinizə manə olar. Əgər müqaisələr bir valideyn kimi sizə belə təsir göstərirsə, deməli, onun uşaqlara təsiri daha çoxdur. Belə ki, başqaları ilə müqaisə edilən uşaq, ilk növbədə:

*Özünə inamını itirir.

*Heç kimin onu sevmədiyini düşünür.

*Bacarıqsız və qabiliyətsiz olduğuna inanır.

 

Uşaqlarımıza qayğı göstərək

 

Bütün bu hisslər nəticədə uşağa emosianal təsir göstərir. "O uşaq daha agıllıdır", "Qardaşın kimi agıllı ola bilmirsən?","Nə üçün xalan oğlu kimi səliqəli deyilsən?" və s. kimi müqaisələr uşağın özünə qapılmasına səbəb olur. Belə uşaqlarda aqressivlik hallarının müşahidə olunması da təbiidir. Bundan başqa, uşağınız onunla müqaisə etdiyiniz uşağa çata bilməyəcəyini düşünür və qısa bir vaxtda "mübarizədən əl çəkir". Tədricən o, təşəbbüs göstərməkdən də imtina etməyə başlayır. Başqaları ilə müqaisə edilən uşaqlar həmçinin zəif xarakterli olurlar. Belə uşaqlar cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkirlər. Elə isə, nə olursa olsun, övladınızı başqaları ilə müqaisə etməyin və onlara hər zaman qayğı göstərin. Yoxsa həm onu cəmiyyətə təcrid edər, həm də içinizdəki xəzinələrin gizli qalmasına səbəb ola bilərsiniz.

 

 

3 avqust 2013
GO BACK