Qadin.NET / Uşaq və məsuliyyət

Uşaq və məsuliyyət

Uşaq və məsuliyyət
Uşağınızın yaşına görə məsuliyyətləri, vəzifələri nələr olmalıdır?
Məsuliyyət "fərdin uyğunlaşmanı təmin etməsi, üzərinə düşən vəzifələri yerinə yetirməsi və özünə aid bir hadisənin başqaları üzərində təsirlərinin nəticələrini boynuna götürməsi" olaraq təyin olunur.

Uşağın məsuliyyət hiss etməsi romantik, ictimai, əqli və fiziki inkişafı baxımından əhəmiyyətlidir.

Məsuliyyət əslində yetkinliyə hazırlıqdır. Uşaqlarının müstəqil həyat bacarıqları qazanıb öz ayaqları üzərində dayanması bütün ana və ataların arzusudur.

Məsuliyyət "təhsilinin" təməlində uşağa özünü idarə edə bilmə bacarığını inkişaf etdirməsinə və ətrafına uyğunlaşma təmin etməsinə istiqamətli intizam yaratmaqdadır.

Məsuliyyət verərkən diqqət yetirilməsi lazım olan məqamlar:

Uşaq və məsuliyyət

Uşağın yaşına, olduğu inkişaf dövrünə uyğun məsuliyyətlər vermək lazımdır. Uşağın yerinə gətirə bilməyəcəyi məsuliyyəti vermək qədər uşağın çox asan edəcəyi və olduğu inkişaf səviyyəsinə nisbətən çox asan olan məsuliyyətlər vermək inkişafa mənfi təsir edə bilər.

Məsuliyyət verərkən imkan tapdıqca seçim etməsinə fürsət vermək lazımdır.

Əmr etməməyə və müvafiq sosial sözlərdən istifadə etməyə diqqət etmək lazımdır.

Uzun və anlaşılmaz cümlələr qurmamağa və uşağın inkişaf səviyyəsinə uyğun təlimat verməyə diqqət göstərmək lazımdır.

Uşağın məsuliyyət almaq istədiyi vəziyyətləri yaxşı qiymətləndirib həvəsini qırmadan məsuliyyəti yerinə yetirməsinə kömək etmək lazımdır.

Uşağın üzərinə aldığı məsuliyyəti yerinə yetirə bilməsi üçün cəsarətləndirmək lazımdır.

Uşaq və məsuliyyət

Məsul şəkildə davrandığı vəziyyətlərdə dəstəkləmək və mükafatlandırmaq lazımdır.

Uşaqların 2 və 4 yaş arası ala biləcəkləri məsuliyyətlər:

-Süfrədə tək başına yeməyini yemək;

-Tək başına yatmaq;

-Əl-üz təmizliyini edə bilmək;

-Dişlərini fırçalamaq;

-Köməklə geyinmək və soyunmaq;

-Çirkli paltarlarını səbətə atmaq;

-Paltar seçimi, hazırlanacaq yemək, gəzməyə gediləcək yer kimi mövzularda qərar prosesinə qatılmaq;

-Oyun oynayarkən harada olacağını ana-atasına söyləmək;

-Oyuncaqlarını yığmaq;

-Oyuncaqlarını qorumaq;

-Kitab, jurnal və qəzetləri yerinə qoymaq;

-Ata-anaların sadə gətir-apar işlərini etmək;

-TV-radio kimi sadə elektron əşyaları açıb bağlamaq;

-Alış-verişdən sonra alınan əşyaların yerləşdirilməsinə kömək etmək;

-Alçaq rəflərə yüngül və qırılmayacaq vəsaitləri yerləşdirmək;

-Yemək masasına salfet və qırılmayacaq vəsaitləri qoymaq;

-Zibili çölə çıxarmaq;

-Varsa evdəki heyvanları bəsləmək;

-Varsa avtomobili yumağa kömək etmək.

Uşaqların 5 yaşında ala biləcəkləri məsuliyyətlər:

Uşaq və məsuliyyət

-Əşyalarına yaxşı baxmaq;
-Təmiz paltarlarını şkafa yerləşdirmək;
-Əynindən çıxardığı paltarları qatlaya bilmək və şkafına qoymaq;
-Telefona lazım olduğu şəkildə cavab vermək;
-Saçlarını daramaq;
-Yeməyini yedikdən sonra boşqabını götürmək;
-Sadə yeməklərin hazırlanmasına kömək etmək;
-Oyuncaqlarını yığmaq.
Uşaqların 6 yaşında ala biləcəkləri məsuliyyətlər:
-Tək başına geyinib-soyunmaq;
-Süfrənin hazırlanmasına və toplanmasına kömək etmək;
-Səhvən tökdüklərini yığmaq;
-Evin yığışdırılmasına kömək etmək;
-Çiçəkləri sulamaq;
-Tərəvəzləri yumaq;
-Öz ayaqqabılarını bağlamaq;
-Öz ayaqqabılarının təmizləmək;
-Evdən çıxarkən kranları və işıqlarq nəzarət etmək, açıqdırsa bağlamaq.
Uşaqların 7 yaşında ala biləcəkləri məsuliyyətlər:

Uşaq və məsuliyyət

-Çantasını hazırlamaq;
-Tapşırıqlarını etmək;
-Kitablarını qorumaq;
-Cib xərcliyini düzgün istifadə etmək;
-Alış-verişə kömək etmək;
-Alış-veriş vəsaitlərinin daşınmasına kömək etmək;
-Hava vəziyyətinə və gediləcək yerə uyğun olaraq geyəcəklərini seçmək;
-Eyvanın, qapının önünü ... və s. yerləri sulamaq və süpürmək;
-Lazımlı vəziyyətlərdə evdəki telefonu istifadə etmək;
-Kim olduğunu soruşaraq çöl qapını açmaq.

Uşaqların 8 yaşında ala biləcəkləri məsuliyyətlər:

Uşaq və məsuliyyət

-Səhərlər zəngli saatla öz başına qalxmaq;

-Xatırlatmadan özünə quluğu etmək;

-Kömək istəmədən duş qəbul etmək;

-Kömək almadan qurulanmaq;

-Otağını yığışdırmaq;

-Otağını, şkafənə, yatağını və masasını səliqəli saxlamaq;

-Məktəbdən gələn ismarıcları ana-atasına çatdırmaq;

-Dərsləriylə əlaqədar məsuliyyətli almaq, kimsəyə söyləmədən dərslərini nizamlı bir şəkildə etmək;

Uşaqların 9 yaşında ala biləcəkləri məsuliyyətlər:

-Maraqlarını təyin etməyi planlaşdırmaq və gündəlik proqramlar qurmaq;

-Ev xarici yaxın yerlərə gedib gəlmək;

-Evdəki bəzi təmir işlərinə köməkçi olmaq;

-Özündən kiçik qardaşının yuyunmasına köməkçi olmaq;

-Özündən kiçik qardaşının bəslənməsinə köməkçi olmaq;

-Yoldaşlarıyla yaxşı əlaqələr qurmaq;

-Alış-veriş etmək.

Uşaqların 10 yaşında ala biləcəkləri məsuliyyətlər:

-Öz yataq dəslərini dəyişdirmək;
-Siyahıdakı vəsaitləri marketdən almaq;
-Öz "işlərini" yerinə yetirmək izləmək (diş həkimi, idman məşqi və ya dil kursu);
-Oxumaq istədiyi kitabları almaq;
-Sadə yaralanmalardan başı çıxmaq;
-Dostlarını evdə qonaq etmək;
-Ad günləri və xüsusi günləri planlaşdırmaq və qeyd etmək;
-Kimsə söyləmədən müəyyən vəzifələri yerinə yetirmək;
-Qonşulara köməkçi olmaq.

Uşaqların 11-17 yaşında ala biləcəkləri məsuliyyətlər

Uşaq və məsuliyyət

-Öz haqqını müdafiə etmək;
-Başqalarının hüququna hörmət etmək;
-Başqalarının əşyalarına hörmət göstərmək;
-Evdə kömək tələb edən işlər olduğunda öz istəyiylə kömək təklifi etmək;
-Paltar, qab-qacaq maşını ... və s. işlətmək;
-Maşından çıxan paltarları ipə asmaq,
-Maşından çıxan qab-qacaqları boyunun çatdığı rəflərə qaldırmaq;
-Ana atası məşğul olduqda qardaşıyla maraqlanmaq;
-Evdə tək başına qalmaq;
-Varsa avtomobili tək başına yumaq;
-Öz başına nəqliyyat vasitələrinə minmək;
-Müstəqil olaraq öz tapşırıq proqramını icra etmək;
-Pul yığıb uzun müddətdə almaq istədiklərini planlaşdırmaq.

Uşağın təhsilində ən incə bəzi nöqtələr:

Uşaq ailənin gülüdür. Uşaq ailə bağçasının ayrı bir rəngi, ayrı bir ahəngidir. Uşağın gülümsəməsi anaya səadət bəxş edər. Şən, sevimli və isti ailə iqlimlərinin zirvələrinə qalxmaq uşaqlı evlərdəmümkündür.
-O halda "ilahi bir lütf və hörmət" olan bu könül zirvəsinə qalxaraq  yerinizi alın.
-Uşağınız doğulda ona gözəl bir ad qoyun. İki cinsə də qoyulan və ya cəmiyyətdə məsxərə ola biləcək adlardan qaçın. Bu ad məhşərdə çağırıla biləcəyi bir ad olsun.
-Uşağınızın sağ qulağına azan, sol qulağına iqamə oxunsun.
-Uşağınıza yemək ədəbini göstərin. Oturma üsulunu öyrədin. Danışıq tərbiyəsi verin.
-Böyüklərinə hörmət etməyi öyrədin. Ona verilməsi lazımlı tərbiyəni verin. Sünnət etdirin.
-Uşaqlarınızı haramlardan, lüks və israflardan qoruyun. Uşaqlarınızın yataqlarını ayırma zamanı
gəldiyində (on yaş) qız-oğlan ayrı yatırdın, mümkünsə otaqları da ayrı olsun.
-Uşaqlarınıza qabiliyyət vəziyyətlərinə və xüsusiyyətlərinə görə uyğun peşələr seçə bilməsi barəsində köməkçi olun.
-Uşaqlarınızın bir "oyun uşağı" olduğunu unutmayın. Və onların oyun vaxtlarını yaxşı nizamlayın.
Uşaq böyüdərkən ailənin etdiyi 10 böyük səhv:

1) Ərköyün uşaq

Ailələrin uşaqlarını sevdikləri və sahib ola bilmədikləri hər şeyi onun sahib olmasını istəmələri şübhəsizdir. Hər şeyə baxmayaraq bu bir az xərc tələb edə bilər. Bu cür yaxşı niyyətlərin sonunda sahib olduqlarından razı olmayan uşaqlar ortaya çıxar. Bunun nəticəsində uşaqlar hər zaman narazı  qalar və daha çox tələb edərlər. Uşağınızın əslində bahalı xırda əşyalara çox ehtiyacı yoxdur, onun ehtiyacı olan şey ailəsiylə xüsusi vaxt keçirməkdir. Onlara həyatlarını daha yaxşı hala gətirmək üçün nə edə biləcəklərini və sahib olduqları üçün necə xoşbəxt olacaqlarını öyrədin.

2) Qeyri-kafi tərbiyə

Uşaqlarınızı tərbiyə etmək üçün qeyri-kafi və tənbəl davransanız, yoldaşlarınıza, müəllimlərinə və öz dostlarına pis davranan kiçik bir şeytana sahib olarsınız. Uşaqlarınıza qonaq getdiyinizdə necə davranmaları lazım olduğunu izah edə bilərsiniz. Kifayət qədər intizamlı yetişdirilməmiş uşaq qonşu üçün qarabasma ola bilər. Eyni şəkildə süfrədə xoş olmayan şəkildə davranışlar və sözlərdən istifadə edər. Əgər uşağınıza lazım olan şeyləri öyrətməsəniz, kimsə onu sevməyəcək və siz də onu sevməyəcəksiniz.

3) Məktəbinə qarışmaq

Məktəb uşağınızın evdən daha çox vaxt olduğu yerdir. Bundna başqa həyatını paylaşdığı, məsuliyyət aldığı bir yerdir. Məktəbdə ikən sizə ehtiyacı olanda da əlbəttə orada olacaqsınız. Uşağınızın ehtiyacı olduğu anda işinizi qətiliklə bəhanə göstərməyin, mümkünsə bir gün icazə alın. Sonda yaxşı vaxt keçirəcəyinizi görəcəksiniz. Ən azı onun müəllimiylə görüşə bilərsiniz. Uşağınızın inkişafı haqqında məlumat əldə etmənin ən yaxşı yolu müəllimiylə ünsiyyət qurmaqdır və müəllimi hər hansı bir vəziyyətdə sizi xəbərdar edə bilər.

4) Lazımsız tərif

Uşağımızı cəsarətləndirmək və özünə inam qazanmasını istəyərkən daha çox tərifləmək və səmimi olmaq lazımdır. Uşağınızın özünə inam qazanması möcüzədir, ancaq səhv etdiyi şeyləri də özünə inam qazansınlar deyə tərifləmək səhvdir. Kiçik ya da böyük səhvini görəndə incitmədən düzəldin və indikindən daha yaxşı etməsini təmin edin.

5) Uşağa kifayət qədər məsuliyyət verməmək

Uşağınıza evdəki işləri etdirə, məsuliyyət almasını təmin edə bilərsiniz. Evin otel olmadığını anlamasına kömək edin. Əlavə iş görsə, ona cib xərcliyi verə bilərsiniz. Ailədə əhəmiyyətli bir yeri olduğunu anlamalıdır. Əgər hər hansı bir məsuliyyət verməsəniz, məktəbində ya da işində müvəffəqiyyətli olmasını mümkündürmü? Uşağınıza yaşına uyğun işlər verin.

6) Yaxşı bir yoldaş olmamaq

Uşaq və məsuliyyət

Ana-atanın uşağın inkişafındakı əhəmiyyəti xüsusilə də yetkinlik dövründə müzakirə edilməməlidir. Əgər yoldaşınızla ünasibətləriniz pisdirsə, uşağınızın yanında bir-birinizə hirslənib sözlər desəniz uşağınızın gələcəkdə bu şəkildə davranacağını unutmamalısınız. Uşaqlar sizi müşahidə edərkən daha çox öyrənirlər. Bir-birinizə eşq və sevgiylə davransanız, uşağa ailə olmağın dəyərini göstərmiş olarsınız. Bu pis və qorxunc bir dünyada yaşadıqlarını düşündürməz.

7) Həqiqi olmayan xəyallar

Uşağınızla ünsiyyət qurarkən onlardan gözlədiklərinizin həqiqi olmasına diqqət edin. Əgər 2 yaşındakı uşağınızla xoş bir axşam yeməyinə çıxmaq istəyirsinizsə, onun orada kiçik şahzadə kimi oturacağını düşünməyin. Kök oğlunuzun yaxşı bir futbol ulduzu olmasını gözləmək də real olmayacaq. Uşaqlarınız üçün həqiqi olmayan xəyallar yerinə onları xoşbəxt edəcək işlər görün.

8) Uşağınızı özündən qorumayın

Çox ailə bu günlərdə uşaqlarının hər cür ehtiyaclarını qarşılamağa və uşaqlarını çətin işlərdən qoruyaraq onların müstəqil fərd olması üçün çalışır. Uşağınız hər şeyi qızıl nimçədə görsə, gələcəkdə nəyisə əldə etmək üçün çalışmaz və tez inciyər. Onlara həyata qarşı güclü olmağı öyrədin, bu, onları daha az sevdiyiniz üçün deyil, hətta daha çox sevdiyiniz mənasını verər.

9) Digər uşaqların etdiklərini öz uşaqlarınıza məcbur etməyin.

Uşaqlarla vaxt keçirməsini təmin edin. Ailələr digər uşaqların etdiyini  öz uşaqlarından da gözləyirlər və ya onların dünyasına yetkin kimi baxmırlar. Sizin xəyalınız olan "varlı bir oğlanla evlənmək" qızınızın gələcəkdə belə bir şey edəcəyi mənasını verməz. Qulağına bir cüt deşik açdırmaq sizin xəyalınızdır, onların deyil. Uşağınızın sizin xəyallarınızı öyrənməsi möcüzədir, ancaq öz xəyallarıyla birlikdə böyümələrinə də icazə verin.

10) Söylədiklərini dinləməmək

Uşaq və məsuliyyət

Əgər qonşunuzun köməyə ehtiyacı varsa, uşağınızdan ona kömək etməsini istəyin, beləcə davamlı onu izləmək məcburiyyətində qalmazsınız. Əgər doğru sözləri işlədə bilməsəniz, uşağınız sizinlə heç bir şeyi paylaşmayacaqdır. Əlinizdə real bir problemin olmasına səbəb olar. Siz ona güvənmədiyiniz və dinləmədiyiniz üçün uşağınız sizə güvənməyəcək.

-Ən əhəmiyyətlisi uşaqlarınıza mütləq yaxşı yoldaş olun.

-Uşaqlarınıza vətən, millət, dövlət sevgisinı aşılayın.
-Uşaqlarınıza qarşı bərabər və ədalətli olun, onlara gözəl nümunə (örnək) olun.
-Uşaqlarınızı tərbiyə edərkən ananın "et" dediyinə ata "etmə" deməməlidir. Əksinə, atanın müsbət hərəkətinə ana mənfi hərəkət etməməlidir.
-Uşaqlarınızı ailə mərhəmətinə uyğun olan məlumatlardan məhrum etməyin (Yaşlarına görə ana üzərinə düşəni, ata da öz üzərinə düşəni nəzərə alaraq).
-Uşağınıza "xidmət və yaxşılıq etmə" anlayışını, gözəl sözlü və mərhəmətli olmağı, xeyir-dua əldə etməyi, üsyandan çəkinməyi, səbirli və dözümlü ola, dostlarını qorumağı zamanında öyrədin.
-Maddi vəziyyətiniz yaxşı isə Allah adına  (doğum) qurbanı kəsin . Evlənmə vaxtına çatanda onları evləndirin.
-Uşaqlarınızı bəzi çətinliklərə alışdırın. Onlara həyatın çətinliklərinə qarşı müqavimət duyğusu aşılayın.
-Uşaqlarınızı tərbiyə edərkən nə sərt, nə də yumşaq, "orta səviyyəli" olun. Bu səbəbdən oğul-uşağınız sizi həm sevə bilsin, həm saya bilsin, yəni sizdən çəkinsin.

12 iyun 2013
GO BACK