Qadin.NET / 1-2 yaş arası uşaqla oynana bilən oyunlar

1-2 yaş arası uşaqla oynana bilən oyunlar

1-2 yaş arası uşaqla oynana bilən oyunlar

1-2 yaşlı uşağınızla oyun oynamaqla keyfiyyətli zaman keçirmək həm uşağınızın inkişafına kömək edər, həm də sizinlə olan əlaqəsini gücləndirər. Bu yaşlı uşaq yeməyini özü yemək, maraqla ətrafı kəşf etmək, fiziki bacarıqlarını gücləndirmək istəyir. 1 yaşdan etibarən uşaq ailədəki danışıqlara daxil olmağa başlayır. Bu dövrdə özünün istifadə edəcəyi oyuncaqları seçir.

Bu yaşdakı uşaqlar təkrar oyunları xoşlayar, oyunlarında yeni əldə etdiyi bacarıqlarını gücləndirir. Oyuncaqlarını və obyektləri kəşf edərkən xüsusilə ağız və əllərindən istifadə edir. Oyunlarında daha çox oyuncaqlarını atar, cürbəcür səs çıxarar.

 1-2 yaş arası uşaqla oynana bilən oyunlar            

 1 -2 yaşlı uşağınızla birlikdə edə biləcəyiniz bəzi tədbirlər:

* Uşağınızın sevdiyi musiqi ilə birlikdə rəqs edə bilərsiniz.

* Qarşılıqlı oturaraq yumşaq topu bir-birinizə yuvarlaya, daha sonra ayaqla da bir-birinizə ötürə bilərsiniz. Uşağınıza uyğun olan müxtəlif ölçülü toplarla oynaya bilərsiniz.

* Plastik həndəsi fiqurları qutuya atma oyununu oynaya bilərsiniz. 

* Böyüklüyünə görə plastik halqaları keçirmə oyununu oynaya bilərsiniz. 

* Qum və su ilə oyun oynaya bilərsiniz. Hərdənbir su və qum oyuncaqlarını dəyişdirərək fərqli ölçülərdəki qablardan istifadə edə bilərsiniz. Uşağınızı gözdən kənara qoymayın. 

1-2 yaş arası uşaqla oynana bilən oyunlar
* Təmir alətlərini, yumşaq heyvan oyuncaqlarını, böyük avtomobilləri, böyük şəkilli hekayə kitablarını seçə bilərsiniz. 
* İç-içə keçən qablarla oynaya bilərsiniz. 
* Az səhifəli, böyük şəkilli hekayə kitablarını bir cümlə ilə uşağınıza izah edə bilərsiniz.
* Plastik heyvanları göstərməklə həmin heyvanların səslərini çıxara bilərsiniz.
* Yumşaq oyuncağını gizləyərək harada olduğunu soruşub, bir az gözlədikdən sonra yerini göstərə bilər, gizlənpaç oynaya bilərsiniz.

                   Əziz valideynlər, siz də uşaqlarınızla səmərəli vaxt keçirib, onlarla daha yaxşı ünsiyyət qura bilərsiniz.

31 may 2013
GO BACK