Qadin.NET / Valideynlər övladlarına şəxsi nümunədirlər

Valideynlər övladlarına şəxsi nümunədirlər

Valideynlər övladlarına şəxsi nümunədirlər

     Biz hamımız dünyaya gələndə ilk gördüyümüz insanlar valideynlərimiz olur. O insanlar ki, bizim qayğımıza qalır, bizim hər cür əziyyətimizə qatlaşırlar- bu ata və anamızdır. Ərəb sözü olan valideyn kəlməsi "iki başlanğıc", yəni ata və ana anlamı daşıyır. Hər birimiz də bu insanların-ata anamızın sayəsində böyüyürük, oxuyuruq, həyatı öyrənirik. Biz uşaq olanda ata və anamızın bizə verdiyi məsləhətlər bizə qəbuledilməz gəlirdi. Amma böyüdükcə biz də ana olduqca anlayırıq onları nə qədər üzdüyümüzü.

     Biz öz ailəmizdə əslində ata -ana evimizdə gördüyümüz şəraiti qurmağa çalışırıq. Uşaq valideyndə nə görürsə istər-istəməz onu təqlid edir. Ona görə də ailədə tərbiyə elə qurulmalıdır ki, uşaqlar cəmiyyət içərisində kifayət qədər normal davranışa yiyələnə bilsinlər.

     Valideynin həyat tərzi, davranışı uşaqların gələcək həyatında mühüm rol oynayır. Çünki ətraf mühitlə məhdud əlaqəyə malik körpə ilk əvvəl ancaq və ancaq valideynlərinin rəftarına əsaslanır.

     Valideynlər öz övladlrına həyatlarının və nəslinin davamçısı kimi baxır, onların qayğısına qalırlar. Çünki bu uşaq valideynin ona verdiyi borcu qaytarmalı olacaq. Ona görə də uşaqlarla bacardığımız qədər mülayim, humanist, insanpərvərlik hisslərini tərbiyə etmək gərəkdir. Valideyn övlad üçün hər yaşda əvəzolunmaz varlıqdır. Necə ki, övladlarımız bizim yaşama səbəbimizdir. İnsan valideyninə hörmət edərək özündən yaşca böyüklərə də hörmət etməyi öyrənir. Bir sözlə , insanın həyatı vərdişlərinin arxasında valideyn tərbiyəsinin rolu və əhəmiyyəti var.

Valideynlər övladlarına şəxsi nümunədirlər

     Hər bir ailənin özünə məsus ənənələri var, ona görə də bütün insanlar bir -birinə bənzəmədiyi kimi , ailələr də bir-birinə bənzəmir. Ailədəki davranış qaydaları uşağın gələcək inkişafına çox ciddi təsir göstərir. Uşaqlar böyüdükcə bu təsirlər özünü biruzə verir.

 Bəzən belə bir sualla qarşılaşırıq:

-Görəsən uşağın tərbiyəsində ananın rolu böyükdür, yoxsa atanın?

     Əlbəttə ki, uşaq bu iki fərdin övladı olduğu üçün hər ikisi tərbiyədə məsuldur. Anaların ən böyük səhvi  övladlarından gələn şikayətlərin atadan gizlətmələridir. Bu səhvlər böyüyüb idarəolunmaz həddə çatanda ata xəbər tutur, amma çox gecdir.

Valideyn olmaq özü də şərəfli işdir. Dünyaya övlad gətirmək, onu böyüdüb cəmiyyətin layiqli nümayəndəsi  etmək hər adam üçün ən müqəddəs vəzifə, həmçinin Tanrı qarşısında yerinə yetirməli olduğu borcdur.

     İslam dininin banisi Məhəmməd peyğəmbər tövsiyyə edirdi ki, valideynlərə, yaşlılara hörmət etmək imandandır, savabdır.

     "Cənnət anaların ayaqları altındadır" deyən bu  böyük şəxsiyyət həm də deyirdi ki, "uşaqlar bir növ valideyni təkrar edir." Ona görə də, ailədə tərbiyə məsələsində çox diqqətli olmaq, uşaqların tərbiyəsində adət-ənənələrə riayət etmək gərəkdir. Təbii ki, indi bəzi adət-ənənələr "köhnəlib "deyənlər var. Lakin xalqımızın böyüklərə hörmət, kiçiklərə diqqət, yaşlılara rəğbət  kimi gözəl və humanist fikirlərini yaşatmaq bizim borcumuzdur.

Sonda əziz Qadin.Netlilər, hər birinizə xoşbəxt ailə və sağlam övlad böyütməyi arzulayıram. Allah olmayanların hər birinə analıq hissini yaşatsın. Biz də bacardığımız qədər layiqli övlad yetişdirək. Hamınıza sevgi və gözəl ailə arzu edirəm.

19 may 2013
GO BACK