Qadin.NET / Uşaq bağçalarının əhəmiyyəti

Uşaq bağçalarının əhəmiyyəti

Uşaqların düzgün istiqamətdə inkişafında, gündəlik rejimlərinin formalaşmasında, məktəbə hazırlıqlarında bağçalar az rol oynamır. Elə valideyinlərimiz var ki, "yox mən uşağımı bağçaya qoymaram" ideyası ilə yaşayır. Bu fikir heç də düzgün deyil. Uşağın ictimai yerə alışmasında, anadan az da olsa aralanıb sərbəstliyə öyrəşməsində, məktəbə hazırlıqda bu vacibdir.
Son dövrlər ölkəmizdə dövlət bağçaları demək olar ki, sıradan çıxmışdılar. Amma bu günlərdə dövlətimiz uşaq bağçalarına xüsusi diqqət yetirir. İri şəhərlər daxil olmaqla, Azərbaycanımızın bir çox rayonlarında müasir standartlara cavab verən bağçalar tikilib istifadəyə verilmişdir. Müasir bağçalar köhnə bağçalardan tamamilə fərqlənir. Bu bağçalarda uşaqlar üçün hər cür şərait yaradılıb.

Uşaq bağçalarının əhəmiyyəti

Təbii ki, uşaqlar səhərdən axşama qədər bağçada kortəbii qalmırlar. Hər qrupun özünə məxsus məşğələ proqramı var. Gündəlik bu proqrama uyğun məşğələlər keçirilir. Adətən, bağçalarda 4 qrup: kiçik, orta, böyük və məktəbə hazırlıq qrupu olur. Kiçik qrupda 2-3 yaş arası uşaqlar, orta qrupda 3-4 yaş arası uşaqlar, Böyük qrupda 4-5 yaş arası uşaqlar, məktəbə hazırlıq qrupunda isə 5-7 yaş arası uşaqlar olur.

Uşaq bağçalarının əhəmiyyəti

Hər qrupun özünə aid məşğələsi olur. Məşqələlər Ana dilindən, təbiətlə tanışlıqdan, ilkin riyazi biliklərdən, sensor tərbiyədən, fiziki tərbiyədən, musiqidən ibarətdir. Kiçik qruplarda məşğələlər 5-10 dəqiqə, orta qrupda 10-15 dəqiqə, böyük qrupda 15-20 dəqiqə, məktəbə hazırlıq qrupunda isə 20-30 dəqiqə arasında keçirilir.

Məşğələ tərbiyəçi tərəfindən keçirilir. Bəzən elə olur ki, tərbiyəçi məşğələni kiçik qruplarla (5-6) uşaqla da keçirə bilər. Məşğələlərin vaxtında keçirilməsi olduqca vacibdir. Ana dilindən keçirilən məşğələlər uşaqlarda ilkin dilin inkişafında, səslərin sözlərdən fərqləndirilməsində, düzgün cümlələr qurulmasında böyük rol oynayır. Artıq məktəbə hazırlıq yaşına çatanda isə demək olar ki, şifahi şəkildə hərfləri əzbərdən bilirlər. İlkin riyazi biliklər isə uşaqlar əşyaları saymağı, hansının çox, hansının az olduğunu, 10 dairəsində ədədləri, 20 dairəsində ədədələri öyrənirlər. Məktəb yaşına çatanda isə elə uşaqlar var ki, artıq 1000 dairəsində ədədləri saymağı bacarır.

Təbiətlə tanışlıqda isə uşaqlar bağçanın həyətindəki bitkilərlə, yarpaqlarla, onlara qulluqla, fəsillərlə tanış olurlar. Sensor tərbiyə isə uşaqların əqli cəhətdən inkişafına təsir edir. Uşaqlar rəngləri fərqləndirir, əşyaların formasını deyir, rəngli kərpiclərdən müxtəlif əşyalar (maşın, ev, gəmi) düzəldirlər. Fiziki tərbiyə isə uşaqlarda hərəki fəallığa təsir göstərir.

Uşaq bağçalarının əhəmiyyəti

Musiqi məşğələləri isə musiqi rəhbəri tərəfindən aparılır. Musiqi dərsi zamanı uşaqlar artıq uşaq mahnılarını bilir və onların havası ilə rəqs etməyi öyrənir.
Bağçaya gedən uşaq birgə fəaliyyəti, oyun zamanı yoldaşına mane olmamağı, tərbiyəçi ilə davranış qaydasını öyrənir və məktəbə tam hazır vəziyyətdə gedir..

Uşaq bağçalarının əhəmiyyəti

          Əziz Qadın.Netlilər, bəs siz nə düşünürsünüz bağçalar haqqında? Siz də uşaqlarınızı bağçaya göndərirsinizmi? Uşaqlarınızın getdiyi bağçadan razısınızmı?

29 aprel 2013
GO BACK