Qadin.NET / Ana-Ata

Ana-Ata



Ana-Ata

 

İki müqəddəs varlıq –ana-ata insanın baş tacıdır.

Onlara hörmətdə qüsura yol verən allahın əmrini pozmuş sayılır.

Nə ata-ananın uşaqlarına şəfqətinin dərinliyini nə də onlarln çəkdiyi çətinliklərin hüdudunu təyin etmək mümkündür . Buna görədə onlara hörmət həm insanlıq borcu ,həm də bir vəzifədir.

Valideyinlərin qədrini bilib onları Haqqın mərhəmətinə səbəb sayanlar bu dünyada da , axirətdə də ən xoşbəxt insanlardı.Yaşlanan valideyinlərinə qarşı laqeyd və kobud davrananlar ,övladlıq borcunu yerinə yetirməyənlərin aqibəti isə məchuldur.

İnsan valideyinlərinə nə qədər hörmət edirsə, o qədərdə Allaha ehtiram göstərmiş sayılır.Onlara hörmət etməyənin Allaha(c.c)da hörməti olmaz .Əfsuslar olsun ki,hal –hazırda sadəcə Allaha ininmayanlar deyil,Onu sevdiyini deyənlər balə,ana -atalarına hörmətsizlik edirlər.

Ana –atanın haqqını tanımayan və onların üzünə ağ olan övlad “insanlığını itirmiş vəhşi bir canavar” uşağın mənəvi həyatını düşünməyən ,onu istiqamətləndirməyi özünə borc bilməyən valideyinlər də mərhəmətsiz və qəddar “ insan” lardır.
29 oktyabr 2010
GO BACK