Qadin.NET / Ailə yatağı=ata, uşaq və ananın eyni yatağı paylaşması

Ailə yatağı=ata, uşaq və ananın eyni yatağı paylaşması

Ailə yatağı=ata, uşaq və ananın eyni yatağı paylaşması

Əminəm ki, yeni ana olmuş xanımlar körpələrini qoynuna alıb yatmaqdan həzz alır. Körpənin bədənindən, hətta paltarlarından gələn o cənnət qoxusunu duyan hər kəs o qoxudan daha gözəl qoxu olmadığnı düşünür. O qoxudan ayrılmamaq üçün körpəsini qoynuna alır, əsl cənnətin həzzini yaşayır.

Uşaq da doğulduğu andan etibarən anasının sinəsində, qoxusunu içinə çəkə-çəkə, rahatlıqla yatır. Ana zaman keçdikcə bu vəziyyətin nə qədər möcüzəvi olduğunu dərk edir. Sonra gecə yuxusunda da körpəsini beşiyinə qoymaq yerinə yataqda yanında yatırdır. Ata bəzən özünə yer tapa bilmir, bəzən də bir küncə sığınıb öz yerini körpəsiylə paylaşır. Xoşbəxtlik budur. Körpə onsuz da kiçikdir, yataqda hər kəsə yer var. Ana da elə yanındaca körpəsinə süd verər, səhərəcən körpəsini qoynunda yatırdar.Anasını qoynunda yuxuya getdiyi üçün, körpə səhər yuxudan çox enerjili oyanar. Yeni doğulmuş körpəni “Hələ ki anlamır, yanımda yatırdım, sonra beşiyinə öyrəşdirərəm” deyirsinizsə, çox yanılırsız. Çünki qısa zaman içərisində ikiniz də bir-birinizə çox öyrəşirsiniz. Ondan sonra uşağı öz beşiyinə qoyanda orda özünü tənha hiss edəcək. Siz həyat yoldaşınızla bir-birinizə sarılıb yatdığınız halda körpəniz özünü atılmış kimi hiss edəcək. Gecə yarısı oyandığında ürpənəcək, özünü tək hiss etdiyi üçün qışqırmağa başlayacaq. Sizcə, körpəniz haqsızdırmı?

Ya heç əvvəldən yanına yatırmamalısız, ya da uzun bir müddət yatağınızı körpənizlə paylaşmalı olacaqsınız. 

Ailə yatağı=ata, uşaq və ananın eyni yatağı paylaşması

Bəs ailə yatağının mənfi və müsbət cəhətləri hansılardır? Gəlin birlikdə bunlara nəzər salaq.

Müsbət cəhətlər:

1. Körpə anasıyla birlikdə yatdığı üçün daha sakitdir. Daha az ağlayır, daha az oyanır.

2. Ana ilə körpə arasındakı bağ çox fərqli bir ölçüyə çatır. Bir-birlərinin xüsusiyyətini daha tez öyrənirlər.

3. Ana gecələr nisbətən daha çox yatır. Körpəsi oyandığında, aclığını bildirəndə ana isti yatağından çıxmadan körpəsini yerindəcə doyurur.

4. Bir neçə ay sonra körpə ananı oyandırmadan, onun varlığını hiss etdikdə əmmədən yenidən yuxuya gedir. Ana əvvəlkinə nisbətən daha fasiləsiz yatır.

Bura qədər hər şey çox gözəl gedir. Bəs mənfi cəhətlər? Körpənin doğulduğu vaxtdan bəri ana qoynunda yatmasının, ata-anasının yatağını zəbt etməsinin mənfi cəhətlərinə nəzər salaq.

Mənfi cəhətlər:

1. Körpəniz sizinlə yatmağa öyrəşdiyi üçün heç vaxt öz-özünə yuxuya gedə bilməyəcək. Uşağınız yatsın, siz də yarımçıq qalmış ev işlərinizi bitirəsiniz deyə yanına uzanmalı olacaqsınız. Uşaq yatana qədər yorğun bədəninizi yuxu çoxdan öz ağuşuna almış olacaq.

2. Çox ayıq-sayıq yatırsınızsa, gecə körpənizin yataqdakı hər kiçik hərəkətindən təsirlənib yuxudan oyanacaqsınız. Təkrar yuxuya getməyiniz çətin olacaq.

3. 1 yaşına, hətta 2 yaşına gəldikdə belə sizinlə yatmaq istəyən bir uşağınız olacaq. Min bir çətinliklə öz yatağına öyrəşdirsəniz də, gecə yarısı qalxıb aranıza girmək istəyəcək və ya ikinizdən birini yanına çağıracaq.

4.Ən pisi də budur ki, həyat yoldaşınızla cinsi həyatınız axsaya bilər. İlk başlarda buna çox əhəmiyyət verməsəniz də bir müddət sonra “ailə yatağı” anlayışı sizi əsəbləşdirəcək.

16 aprel 2013
GO BACK