Hər şeydən əvvəl uşaqların bütün suallarını ciddi qəbul etmək və bu suallara səbirlə cavab vermək lazımdır.
Uşağınız çox sual verdiyi üçün ona kobud cavab vermək də olmaz.
Alimlər hesablamışlar ki,kiçik yaşlı uşaqlar gün ərzində 300 sual verə bilirlər.Əgər uşağınızın sual verməsinə mane olsanız onun öyrənməyə marağı azalar. Digər tərəfdən,suallara cavab verərkən uşağınızın başa düşə biləcəyi qısa və aydın sözlərdən istifadə edin. Uşağa çox şey öyrətmək arzusu ilə məsələni uzatmaq da olmaz.Bəzən həddindən çox məlumat uşağın beynində yeni suallara səbəb ola bilər.