Qadin.NET / Dəcəl uşaqla necə davranmalı?

Dəcəl uşaqla necə davranmalı?

Niyə sizin uşağınız da digərləri kimi intizamla dərslərini oxumur, üzərinə düşən vəzifələrini yerinə yetirmir, məsuliyyətini dərk etmir? Bəlkə də problem sizdən qaynaqlanır. Dəcəllik edən bir uşağa qarşı necə davranılması lazım olduğunu bilmirsiniz.

Sizə 7 təklifim var.

1. Çox dəqiq sərhədlər qoyun və bunlara bağlı qalın. Uşağınız ondan gözlənilən davranışın tam olaraq nə olduğunu bilməlidir. Uşaq inkişaf mütəxəssisləri bizə uşaqların əslində bəzi sərhədlərə ehtiyac duyduqlarını, bu sərhədlər bir dəfə təyin olunduğu təqdirdə  uşaqların bunlara hörmət göstərdiyini söyləyir.

 

2. Zaman zaman cəza vermək təsirli ola bilər. Amma unutmayın, bunları yerinə yetirməlisiniz. Məsələn, otağını təmizləməsini, çox sevdiyi cizgi filmini izləmədən yatmaq məcburiyyətində olduğunu söyləyin ona. Amma bunu söyləmənizə baxmayaraq, izləməsini mane qoymasanız, o zaman etdiklərinizin heç bir köməyi olmayacaq. Verdiyiniz cəzanı yerinə yetirməyəcəksinizsə, əsla başdan söyləməyin. Əsası, uşağa intizam verərkən bağlı qalmanız lazım olan yeganə xüsusiyyətiniz olmalıdır.

3. Uşağınızla zaman keçirin. Günün hər saatı onunla bir fəaliyyət içində olmağınız şərt deyil. Bir iş üçün çölə çıxmağınız lazımdırsa, onu da yanınızda aparın, ya da siz mətbəx işləri ilə məşğul olarkən onun mətbəx masasında dərs çalışmasına icazə verin. Birlikdə olduğunuzu hiss etmək ona yaxşı təsir edəcək və etibarsızlıqdan irəli gələn məsuliyyətsiz davranışları azalacaq.

4. Nəticə verən məqbul cəzalar tətbiq edin. Bütün uşaqlar fərqlidir. Bəziləri pulsuz iş cəzasına sürətlə cavab verərkən bəziləri bu vəziyyətdən təsirlənmir. Evdə etməsi lazım olan işləri ona qarşı cəza olaraq istifadə etməkdən qaçının. Çünki uşaqlar, ailənin bir parçası olaraq, evdə üstlərinə düşən işləri pul gözləmədən etmək məcburiyyətindədirlər.

5. Uşağınız yaxşı bir davranış nümayiş etdirəndə onu mükafatlandırın. Uşaqların gözəl hərəkətləri mükafatlandırıldıqda, o hərəkətləri daha çox etmək üçün çalışarlar.

6. Uşağınızın vaxtını proqramlaşdırın. Zamanını idmanla, evdə etməsi lazım olan işlərlə, ya da dərs çalışaraq doldurarsa, dəcəllik etməsi üçün çox zamanı olmayacaq.

7. Uşağınızın yaramaz davranışlarının psixoloji bir problemdən qaynaqlandığını düşünürsünüzsə, uşaq həkiminizi ziyarət edin. Diqqət pozğunluğu və digər davranış problemi olan uşaqların tibbi müalicəyə ehtiyacı ola bilər.

9 mart 2013
GO BACK