Danışmaq, dil inkişafı - ünsiyyət və ictimai həyatın əsas elementlərindən biridir. Uşağın zamanında danışması onun zəka və öyrənmə qabiliyyətinin lazımı səviyyədə olmasına ən böyük yardımçıdır. 0-3 yaşda uşaqların daha aktiv olması, onların cəmiyyətə adaptasiya edilməsi üçün valideynlər aşağıdakı qaydalara riayət etməlidirlər:
1. Uşağa sevgi və dinclik dolu bir ailə mühiti yaratmaq
2. Uşaq ilə maraqlanmaq və sevildiyini hiss etdirmək
3. Uşağın fiziki ehtiyaclarını ( yemək, yuxu və s.) ödəmək
4. Uşaq ilə yaşından asılı olmayaraq mütəmadi danışmaq
5. Yaşına uyğun şəkildə onunla oyunlar oynamaq
6. Uşaq ilə birlikdə vaxt keçirtmək
7. Onun balanslı və faydalı qidalanmasını təmin etmək
8. Onu tənha, təkbaşına buraxmamaq
9. Mümkün olduqca yaşıdları ilə oyun oynamasını təşkil etmək
10. Ona hekayə, nağıl danışmaq, layla söyləmək
11. Bir əşyanı əlinə aldıqda onun nə olduğunu izah etmək (3-4 aylıq olsa da)
12. Televiziya qarşısında uzun müddət qalmasına əngəl olmaq
13. Uşaqla danışarkən səs tonunu nizamlamaq
14. Sıxlıq içərisində onu danışmağa sövq etmək
15. Uşaq danışdığında onu cəsarətləndirmək
16. Onun yaşına uyğun təhsil almasını təmin etmək
17. Gündəlik olaraq uşaqla şəkillər üzərində bol-bol danışmaq