Uşağa ilk yaşlardan qaşıq vermək əslində ona olan inamınızın ifadəsidir.
Bu inam vaxt keçdikcə uşağınızda özünəinamın başlanğıcı ola bilər.
Bəzi valideynlər həssas olduqları üçün,bəziləri isə "ac qalar"deyə uşaqlarını özləri
yedizdirməyə üstünlük verirlər.
Halbuki uşaq 2 yaşından sonra özü yemək yeməyə başlamalıdır.
Bu uşaqda özünəinamın formalaşması ilə yanaşı kiçik əzələlərin inkişafı üçün də vacibdir.
İlk vaxtlar valideynlərin yardımına ehtiyac olsa da, 3 yaşından başlayaraq bu məsuliyyət təmamilə uşağın üzərinə qoyulmalıdır.
Təbii ki, belə hallarda valideyn uşağın yemək yeyərkən üz-gözünü bulaşdıracağını da nəzərə almalıdır.