Qadin.NET / Uşaqlarda qorxular yaşlarına görə dəyişir

Uşaqlarda qorxular yaşlarına görə dəyişir

 

Uşaqlarda qorxular yaşlarına görə dəyişir
           
Uşaqların qorxuları yaşlarından asılı olaraq dəyişir.Belə ki,kiçik yaşlarda qorxuların əsəs mənbəyi kimi səslərdən söhbət gedirsə,yuxarı yaşlarda qorxuların əsas mənbəyi kimi konkret obyektlərdən söhbət gedir.

    2  yaş-bu yaşda daha çox səslərlə bağlı qorxulardan söhbət gedə bilər.Məsələn,qatarın səsi,yük maşınının səsi,tozsoranın səsi,həmçinin göy guruldaması,şimşək çaxması,külək uğuldaması və.s.Digər tərəfdən,qaranlığı,böyük və ya tünd rəngli əşyaları bu yaşdakı uşaqlar üçün "qorxulu" saymaq olar.

              2,5  yaş-Yatağının,yerinin dəyişməsi,valideyinlərinin yanından ayrılması,kiminsə qapıdan girməsi və.s kimi "kənar hərəkətlər" bu yaşda olan uşaqların qorxmasına səbəb ola bilər.

 

             3  yaş-bu yaşda ən çox vizual qorxulardan söhbət gedə bilər.Məsələn,heyvanlar,əşyalar,xüsusi geyimli adamlar (hərbiçi,polis,yanğınsöndürən) və s. Təbii ki,qaranlıq da daxil olmaq şərti ilə.            

             4  yaş-bu yaşlarda da əsas yeri səslərlə bağlı qorxular tutur.Xüsusilə mühərrik səsi,əyləc səsi,heyvan səsi(əsasəndə vəhşi heyvanlar)və s. bu yaşda olan uşaqların qorxmasına səbəb olar.

 

            5  yaş-bu yaşı o qədər də qorxulu yaş saymaq olmaz.Bu yaşda da əsasən vizual qorxulardan söhbət gedə bilər.Digər tərəfdən,bəzi konkret qorxuları da(məsələn:əlini kəsmək,ayağını əzmək,ağzını yandırmaq)bu yaşda olan uşaqlar üçün xarakterik saymaq olar.

          6  yaş-çox qorxulu yaşdır.Bu yaşda olan uşaqlar qapı və telefon zəngindən də,həşərat və quş səsindən də qorxurlar.Konkret qorxulara gəlincə buraya su,od,külək qorxusunu aid etmək olar.Həmçinin bu yaşda olan uşaqlar yataqlarının altında kimnsə olmasından da qorxa bilərlər.

           7  yaş-dalan,zirzəmi,dam qorxusu bu yaşda olan uşaqlar üçün xarakterikdir.Bu yaşda olan uşaqlar oxuduqlarından,gördüklərindən,hətta kölgələrindən də "təsirlənə bilərlər".

         8-9  yaş-bu yaşlarda həyəcan və qorxular nisbətən azalır.Konkret obyektlərdən və qaranlıqdan daha az qorxurlar.Artıq qorxuları daha realdır.Məsələn:bir işi vaxtında görməmək,bir işi yerinə yetirməmək,bir işdə uğursuzluq qazanmaq və.s.

9 fevral 2013
GO BACK