Qadin.NET / Gənc anaların 10 qorxusu

Gənc anaların 10 qorxusu

Gənc anaların övlad barəsində qorxuları  və hətta  bu qorxuların müəyyən üstünlükləri  var, lakin yeganə problem burasındadır ki, çoxları bu  qorxuları ürəklərinə çox yaxın götürürlər. Bu yaxınlarda hamilə qadının qorxusunu aradan qaldırmağın yolları müəyyənləşdirilib. Amma məsələ burasındadır ki,  mübarizə aparmağı öyrənmək lazım olacaq. Qorxunun üstünlüklərinə gəlincə isə, o, sizə ən sevimli və qayğıkeş ana olmağa kömək edir.

1.Uşağı əlimə götürərkən yerə düşəcəyindən qorxuram

Bu tez keçə bilən  ilk analıq qoxsudur.  Bununla belə, doğrudan da narahat olmağa heç bir əsəs yoxdur, əgət körpəyə hətta bir köynəyi də geyindirməmisinizsə, hər şeyi   necə lazımdır  özünüz edecəksiniz. Analıq instinkti və balaca “möcüzəyə” olan sevginiz  sizə kömək
edəcək. Yeni doğulan uşaq  heç də kövrək deyil. Düzdür, körpələr yıxılırlar, amma bu çox vaxt onlar tək qalanda baş verir.  Buna görə də balacanı heç vaxt  masanın ya çarpayının üstündə bir dəqiqəlik də olsa tək qoymayın
 2.Körpəyə süd kifayət etmir. Uşaqların boy artımı məsələsində bu qorxu özünü  tez-tez büruzə verir

 

Bu problemi yaşayan  təkcə  deyilsiz, bu, gənc anaların en əsas qorxusudur. Təqdim edilən  göstəricilərdən kiçicik də olsa imtina edəndə analarda gündə 10 dəfə qorxu  hissi baş qaldırır. Başa düşmək lazımdır ki, bu orta statistik göstəricilərdir, sizin körpəniz isə individualdır. Diqqət çəkən həqiqətən iki əsas  məsələdir-onun sağlamlığı və davranışı. Əgər balaca şən, aktiv və sağlam görünürsə, narahat olmağa heç bir əsas yoxdur.  Bir qayda olaraq uşağınızı  planlaşdırımış profilaktik müayinədən keçirin və hər şey yaxşı olacaq.

3.Körpə həmişə ağlayır, çünki mən hər şeyi səhv edirəm

Ağlamaq-diqqəti özünə çəkmək deməkdir, xüsusilə balacanın yaş bələk ağı, aclıq hissi və  diqqət çəkmək kimi arzusu olanda. Ən məşhur uşaq göz yaşı səbəbləri haqda oxuyun və özünüzü günahlandırmaqdan çəkinin. Sizin sevginiz və incə qayğınız möcüzələr yaratmağa qadirdir.

4.Əmzik yeməyi korlaya bilər

 
 Çağaların əmziyə ehtiyacı olur və bu sırf psixoloji məqamdır. Əgər körpələr tələbata uyğun süqd əmirlərsə, əmzikləri qrafikə uygun “yeyirlər” və əmzik onlar üçün vacibdir. O olmasa, barmaqlar və yaxud  da nəsə  ağıza gedəcək. Onda yeməyin dadı korlanacaq, siz, yaxşısı budur, dişlərin deformasiyasının qarşısını alan  daha müasir üsul tapın.
5.    Hər yer çirk və bakteriyadır

 
Bu, anaların daha bir məşhur qorxusudur. Bu  qorxu evi gün ərzində bir neçə dəfə təmizləmə və hər şeyi steril etməyə  səbəb olur. Ilk 20 gündən sonra bunu etməyə lüzum yoxdur, sonralar təmizlik lazımdır, amma ağlabatan çərçivədə. Çağanın immunitetinin tam formalaşması üçün xarici mühitlə təmasda olması vacibdir. Qoy digər uşaqlarla ünsiyyət qursun, qumluqda oynasın.
6.Böyük vannada körpə uşaq boğula bilər

 
Əgər analıq qorxusu sizə güc gəlirsə və siz onunla mübarizə apara bilmirsizsə, həyat yoldaşınızdan kömək istəyin. Ikiniz bir yerdə öhdəsindən gələcəksiniz və qorxu hissi olmayacaq. Amma əgər uşaq nə vaxtsa birdən suda boğulsa,qorxulu heç nə yoxdur, başını  45°  aşağı əyin, öskürmək rahat olacaq.
 7.Körpə dona bilər
Gənc və təcrübəsiz analar düşünür ki, uşağa soyuq olacaq və onu bir neçə ədyala bükürlər. Belə etməklə analar unudur ki, daim isti vəziyyət disbakterioza və imunitetin zəifləməsinə səbəb olur. 20° temperaturda uşaq donmayacaq, əksinə, belə bir temperatur maddələr mübadiləsi üçün  də faydalıdır.
8. Birdəfəlik uşaq bezləri təhlükəlidir

Narahatlıq obyekti kimi esas oğlan uşaqları yada düşür. Lakin, hal-hazirki gündə,ziyanı ola biləcək elə bir səbəb hələ yoxdur, ikincisi isə, birdəfəlik uşaq bezlərində və cunada eyni temperatur var. Yalnız onları tez-tez dəyişmək və hava vannası  təşkil etmək lazımdır.

 9. Yuxuda uşağa nəsə ola bilər

Bu gənc anaların kifayət qədər güclü qorxusudur, bu qorxu onları gecələr hər yarım saatdan bir oyanıb  hər şeyin qaydasında olub olmağını yoxlamağa vadar edir. Əlbəttə belə hallar çox olur, amma çox kiçik faiz olur. 

 10.Mən pis anayam

Bu hiss daha çox analar əsəbləşəndə və qıcıqlananda yaranır. Bu, stereotipdir, başqa heç bir şey! Yalnız kinoda görə bilərik ki, analar hər şeyi vaxtı-vaxtında bacarır, istənilən problemi həll edir, heç vaxt yorulmur. Həyatda hər şey başqa cürdür, hətta biz  də səhv edə bilərik.

10 fevral 2013
GO BACK