Uşağınızı kitab oxumağa həvəsləndirmək istəyirsiniz?Elə isə bu yazını oxumaqla başlaya bilərsiniz.
1. İlk növbədə özünüzü kitab oxumağa "həvəsləndirməlisiniz".Çünki,sizin kitab oxumağa həvəsiniz olmasa ,təbii ki,uşağınızın da kitaba həvəsi olmayacaq.
2.Uşağınızı bir jurnala abunə edin.Beləliklə,bu,həm uşağınıza "sahiblik" hissi aşılayacaq,həm də uşağınızı kitab oxumağa həvəsləndirəcək.
3.Uşağınız neçə yaşda olursa-olsun,ona yüksək səslə kitab oxumaqdan çəkinməyin.Bunun onu oxumağa həvəsləndirmək üçün ən yaxşı yollardan biri olduğunu unutmayın.
4.Əgər uşağınızın yaşı kiçikdirsə ,bir dəfə dinlədiyi bir hekayəni və ya bir nağılı dəfələrlə dinləmək istəyə bilər.Belə hallarda üzərinizə düşən ən böyük vəzifə uşağınıza qarşı səbirli olmaqdır.Təbii ki,onun istəyini yerinə yetirməyi də yaddan çıxarmamalısınız.
5.Uşaq otağında kitab yığmaq üçün kiçik bir yer ayırın.İnanın ilk vaxt bu "kiçik" dediyiniz yer bir vaxtdan sonra "böyük" bir kitabxanaya çevriləcək.Əgər uşaq otağınız yoxdursa,kitab dolabınızın alt rəfini uşağınızın kitabları üçün ayıra bilərsiniz.
6.Uşağınızla birlikdə bir kitabxanaya gedin.İlk vaxtlar bu,uşağınız üçün maraqsız görünsə də,dərhal reaksiya verməyin.
7.Uşağınızla birlikdə bir kitab mağazasının daimi müştərisi olun.
8.Uşağınıza kitabları haradan və necə almağı öyrətməyi də unutmayın.
9.Uşağınızın öz kitabını özü seçməsinə imkan yaradın və mümkün qədər seçdiyi kitablara müdaxilə etməyin.
10.Uşağınıza çox istədiyi bir kitab və ya jurnal sifariş verin.
11.Kitabı birlikdə oxuyun və müzakirə edin.
12.Danışmağa başladığı ilk gündən uşağın söz ehtiyatını artırmağa çalışın.Çünki mütəxəssislər danışmaqla oxumaq arasında çox ciddi bir əlaqə olduğunu bildirirlər.