Qadin.NET / Uşağı "pis yetişdirməyin" yolları (II)

Uşağı "pis yetişdirməyin" yolları (II)

Uşağı "pis yetişdirməyin" yolları (II)


         Uşaq təhsilində iki əsas qanunu valideynlər unutmamaqla problemsiz uşaqların yetişməsini təmin edə bilərdlər:

 

“Kifayət qədər zaman və münasibətlərdə tarazlıq”.

    Ana və atalar uşaqlarıyla birlikdə olmaq üçün kifayət qədər zaman ayırmazlarsa, onlar üzərində çox təsirli ola bilməzlər. Yalnız yemək və dərs vaxtı onlarla birlikdə olmaq kafi deyil. Əgər uşaq məktəbdən sonrakı zamanının çoxunu küçədə yoldaşları ilə, körpələr evində və ya dayə yanında keçirirsə, çox təbii olaraq, onlardan gördüyü davranışları təqlid edəcək.

     Ailə fərdlərinin bir-birinə yetərli zaman ayırması bir çox problemi də ortadan qaldırır. Təhsil prinsiplərində razılaşa bilməyən, birinin sakitliklə yanaşdığı davranışa digərinin cəza ilə cavab verdiyi ata-anaların övladları da yaxşı bir şəxsiyyət kimi formalaşa bilməzlər.


Uşağı "pis yetişdirməyin" yolları (II)

 

      Ana və ataların çoxu şən və kefli ikən həddən artıq mülayim olurlar. Uşaqların dəcəlliklərinə və səhv davranışlarına gülərək keçirlər. Ancaq işləri yolunda getmədiyi və əsəbi zamanlarında uşaqlarını yaxına belə buraxmazlar. Uşaqların diqqəti cəlb etmək üçün etdikləri kiçik dəcəllilərə görə onlara qışqırıb bağırırlar.

    Birinci hissədə Salzmanın “Xərçəng  Kitabı” adıyla məşhur olan əsərindən sizləri kiçik hissə ilə tanış etdim. Özət olaraq pedaqoq burda pis yetişdirmənin yollarını göstərməklə düzgün tərbiyəni göstərməyə çalışmışdır. Aşağdakı maddələri oxuyarkən bu nəzərə alınmalıdır:


   7. Tənbəl və məsuliyyətsiz uşaq yetişdirmənin yolları


        Onlara tapşırıq verməyin ki, məsuliyyət daşımasınlar.

        Həyatda zəhmət çəkərək pul qazanmanın ən çətin iş olduğunu söyləyin.

        Ondan daha rahat həyatın olduğunu tez-tez vurğulayın.


Uşağı "pis yetişdirməyin" yolları (II)

 

8. Qaş-qabaqlı və nankor uşaq yetişdirmənin yolları


       Tez-tez həyatın pis tərəflərini izah edin, ətrafınızdan nümunələr gətirin.

       Hər gün həyatınızdan şikayət edin.

       Bəzilərini anadangəlmə şanslı olduğunu söyləyin.


9. Dağınıq və intizamsız uşaq yetişdirmənin yolları


       Paltarlarını isladarkən  və ya çirkləndirdiyi zaman dəyişdirmək üçün tələsməyin, eləcə qalsın.

      Otağının səliqəsizliyinə əhəmiyyət verməyin, qoy dağınıq otaqda oynasın.


10. Həyatdan bezmiş, mübarizə aparmayan və enerjisiz uşaq yetişdirmənin yolları


      Uşaqlarınızın dərslərini çətinliklə öyrədin.

      Başlarının üstündə durub tapşırıq etdirin.

      Zorla kitab oxudun.

      Qabiliyyətlərinin və maraqlarının olub-olmadığını nəzərə almadan onları sizin sevdiyiniz bir peşeyə istiqamətləndirin.


Uşağı "pis yetişdirməyin" yolları (II)

 

11. Qeyri-sağlam uşaq yetişdirmənin yolları


      Onların üstündə əsin. Xəstələnməməsi üçün heç bir yerə çıxarmayın.

      Ən kiçik narahatlıqda dərmandan yapışın.

      Təmiz havadan uzaq tutun.

      Hazır yeməklər verin, tənbəl bağırsaqlara sahib olsunlar.


12. Gonbul uşaq yetişdirmənin yolları


      Yemək zamanı ürəkləri nə istəsə verin.

      Tez-tez cib xərcliyi verin, dükana göndərin.

      Darıxanda yemək yeməyini söyləyin.

      Çantalarına faydasız yeməklər qoyun.


(ardı var)

29 yanvar 2013
GO BACK