Qadin.NET / Uşağınız tez-tez xəstələnir?

Uşağınız tez-tez xəstələnir?

Çox vaxt valideynlər şikayət edir: “ Uşağım tez-tez xəstələnir”. Payız-qış fəslində bu hallar daha çox müşahidə olunur. Soyuqdəymədən qorunmağın bir neçə yolu var.

 

Uşağınız tez-tez xəstələnir?

Vitaminlər əvvəlcədən qəbul edilməlidir.

 Uşağın immunitetini yüksəltməyə yönəlmiş istənilən xeyirli nə qədər vasitə varsa, hamısı üçün müəyyən vaxt tələb olunur.  Xəstəlik başlayandan sonra dərmanların bəzən xeyri olmur. Düzdür, vitamin kursu orqanizmi xəstəliyə qarşı gücləndirir, lakin “arzuolunan sağlam uşaq” nəticəsini vermir.

Uşağınız tez-tez xəstələnir?

Uşağı çox qalın geyindirib  ondan “gəlincik” düzəltmək lazım deyil. 

 Paltarların dəyişdirilməsi temperaturuun dəyişməsi ilə əlaqədar olmalıdır. Əgər təqvimdə payız aylarıdırsa, qış gödəkçəsi və ya qalın sviter geyindirmək lazım deyil. Böyüklər inanır ki, istidən heç nə olmur, uşaqlar isə diskomfortu sevmirlər. İmkan tapan kimi mane olan və ya “istilik verən” nə varsa soyunacaq ya da yaxasını açacaq, beləliklə, müsbət nəticə əvəzinə əlavə soyuqdəymə başlayacaq. Uşağı fəslə uyğun, tempetarura baxıb geyindirmək lazımdır.

 

Uşağınız tez-tez xəstələnir?

 Gigiyenaya əməl etmək.

  Övladınızı əllərini yumağa vərdiş etdirin. Hesablamalara görə, hər 3-cü xəstə ilə təmasda olan şəxs əli ilə gözünə və ya burnuna toxunduqda yoluxur. Başqa sözlə, siz gün ərzində 3 xəstə ilə əllə görüşmüsünüzsə, mütləq xəstələnəcəksiniz. Insanlar adətən bilmədən burnuna və gözünə toxunmaqla xəstəliklərə yoluxurlar, axı viruslar sürüşkən səthlərdə (məsələn, qapı və telefon dəstəyində) 3 saatadək “yaşayırlar”.

Uşağınız tez-tez xəstələnir?
Xəstəlik yaradan infeskiyaların “yolunu  bağlamaq”.  
Soyuq havalarda soyuqdəymə profilaktikası üçün belə bir məsləhətdən istifadə edin: 3-4 dilim soyulmuş sarımsağı və ya soğanı yarı bölün, boşqaba qoyub otaqda saxlayın. Onlardan fitositlər-antibiotik təsiri göstərən uçan hissəciklər ayrılacaq. Soğanı və ya sarımsağı hət gün yenisi ilə əvəz etmək lazımdır. Uşağı sağlam qida ilə qidalandırmağı da  unutmayın. Rasiona meyvə, kəsmik, isti şorba və bulyonlar, yerkökü əlavə edin. Tez-tez otağın havasını dəyişin və nəm təmizlik edin.
Ola bilər ki, bu məsləhətləri siz əvvəl də eşitmisiniz, amma əməl etməmisiniz. Indi  isə sizə əməl etmək qalır. Arzum budur, bu qış heç xəstələnməyin- nə siz , əziz xanımlar, nə də övladlarınız.

 

27 fevral 2013
GO BACK