Qadin.NET / Daha sağlam bir uşaq böyütmək üçün

Daha sağlam bir uşaq böyütmək üçün

 


Sağlam  bir uşaq üçün valideynlər nələrə diqqət etməlidirlər?  Sağlam uşaq böyütmək düşündüyümüz qədər də asan məsələ deyil. Bunun üçün aşağıdakı  qaydalara əməl etmək lazımdır:


Sağlam ana: Sağlam  nəsil yetişdirməyin birinci qaydası sağlam   ana və sağlam ailə  şəraitidir. Hamiləlik dönəmində gələcək analar düzgün qidalanmalı, sağlamlığını qorumalı və lazımı analizləri vaxtında verməlidir.


 Daha sağlam bir uşaq böyütmək üçün


 Ana südü: Uşaqlara 1-2 yaşına qədər ana südü verilməlidir. Çünki ana südü, körpənin ideal böyüməsini və inkişafını təmin edir. Immun sisteminin yaxşılaşması üçün bütün lazımi maddələri özündə birləşdirir.


 


Peyvənd: Uşaqların təhlükəli mikroblara qarşı dayanıqlı olmaları üçün peyvəndlərin vaxtında vurulması vacibdir.

 

Daha sağlam bir uşaq böyütmək üçün

  Qidalanma: Uşaq mövsümə uyğun olaraq bol meyvə-tərəvəz yeməlidir.


Tərkibi məlum olmayan qidalardan uzaq olsa yaxşı olar.

 



 Sağlam dişlər: Uşaqları, dişlərə zərərli olacaq qazlı, şəkərli, qidalardan çəkindirməlisiniz. Səhər yeməyindən sonra və yatmamışdan əvvəl dişlərini mütləq fırçalamağı adət etməlidirlər.

 



Sağlamlıq müayinələri: Mütəmadi həkim müayinəsi xəstəliyin vaxtında müəyyənləşməsi və uğurlu müalicə deməkdir. Bəzi xəstəliklərin ilkin əlamətləri erkən dövrlərdə özünü  göstərir.

 

 Daha sağlam bir uşaq böyütmək üçün

 

 Idman: Körpəyə doğulan andan başlayaraq idman hərəkətləri edilməlidir. Iməkləmə və yeriməyə başlaması ilə birlikdə hərəkətliliyini artıracaq şərait yaradılmalıdır. Idman uşağn təhsilinə də müsbət təsir göstərir.

 


 Uşağınızla çox vaxt keçirdin: Ana və atası ilə çox vaxt  keçirməyən uşaqlarda, bəzi davranışlarında, məktəbdə və dostları ilə də problemlər ortaya çıxır. Belə problemlərlə qarşılaşmamaq üçün uşaqlarınızla çox vaxt keçirdin.

 

Daha sağlam bir uşaq böyütmək üçün


  Təhsil: Sağlam nəsil üçün valideynlərin üzərinə düşən ən böyük vəzifə övladlarına təhsil verməkdir.

 

8 yanvar 2013
GO BACK