Qadin.NET / Qız və oğlan uşağı

Qız və oğlan uşağı

Ailədə bütün uşaqlara eyni gözlə baxmaq,onları bir-birindən üstün tutmamaq çox zəruridir.Bütün vicdanlı valideynlər bu məsələni yaxşı dərk edir və öz əllərindən gələni əsirgəmirlər.

 

 

 

Bəzən elə fikirləşirik ki,ata oğlan, ana isə qız ilə güclü rabitədə olmalıdır.Amma fikirləşmirik ki, onların sağlam və saleh böyümələri üçün həm ananınn,həm də atanın məhəbbətinə ehtiyacları vardır.Məsələn,ata qızının əl işlərini,səliqəsini tərifləməli,qız böyüdükdə ona ehtiram göstərməli,bəzi məsələlərdə onunla da məsləhətləşməlidir.Bu iş övladlar arasında fərq qoymayan ata üçün çox asandır.Qızalr oğlanlara nisbətən daha kövrək və tezinciyən olurlar.Bu səbəbdən də onların məhəbbət və nəvazişə daha çox ehtiyacları vardır.Bu o demək deyil ki,oğlan uşaqlarına diqqət azaldılmalıdır.

  Hətta islam dini də qızlara ehtiram etməyi,onları əzizləməyi tövsiyyə etmişdir.

  Əziz Peyğəmbərimiz(s) buyurub;

  “Evə müəyyən hədiyyə və ya meyvə gətirdiyiniz zaman əvvəlcə onu qız və qadınlara verin.Çünki,hər kəs bir qızı sevindirsə,sanki  İsmayıl Peyğəmbərin övladlarından olan bir qulu azad etmişdir”

Bəli,Islam  dinin göstərişlərinə görə övladlar arasında fərq qoulmamalıdır,hətta lazım gələrsə,qız oğlandan irəli salınmalıdır.

Unutmayaq ki,övladalrımız Allah tərəfindən bizə verilmiş nemət və əmanətdir.Nemətin qədri bilinməli,əmanət isə qorunmalıdır.

Allaha şükürlər olsun bizə verdiyi nemətlərə görə!!!

1 oktyabr 2010
GO BACK