Ana və uşaq arasındakı bağ, körpə ana qarınındaykən başlar. Doğuş olduqdan sonra da uşaqla ana arasında xüsusi bir ünsiyyət olar. Ana uşağını böyük bir sevgiylə böyüdərkən uşaq da sevgisini bəzi yollarla ifadə edər.
1- Dünyadakı heç bir şeyi anlamayan yeni doğulan körpənizin bildiyi bir şey varsa o da gözlərinin içinə baxdığında sizin əhəmiyyətli olduğunuzdur. Uşağınız zamanla sizə olan sevgisini bəzi yollarla göstərməyə başlayacaq.
2- Körpəniz onun yanında olmadığınız zamanlarda sizi düşünməyə başlayıb, doğumundan 8 ilə 12 ay arası bir zaman keçdikdən sonra, onun olduğu otaqdan ayrıldığınızda üzünü burşudar, döndüyünüzdə isə gülməyə başlar.
3- İməkləməyə başlayan körpənizin hirslənmələri artacaq. Atdığı qışqırıqlar sizi sevməyi buraxdığı mənasını verməz, sizə bu qədər çox güvənməsəydi, inciməz ya da əsəbiləşməzdi, deyə düşünmək lazımdır.
4- Körpəniz kədərli olduğunda sizə qaçarcasına gələcəkdir; çünki kiçikkən "Səni sevirəm" deməyi bilə bilməz, amma hərəkətləri sözlərdən çox daha güclüdür.
5- Uşağınız sizə bağçadan qopardığı bir çiçək, kiçik bir parça daş ya da hədiyyə olduğunu düşündüyü hər hansı bir şey verərək sevgisini göstərə bilər.
6- Artıq evin hər şeyi ilə daha maraqlı olmağa başlayan uşağınız " Bax bunu mən etdim" deməyə çalışaraq sizin diqqətinizi çəkmək üçün çalışacaq. Çünki sizin təsdiqiniz onun üçün əhəmiyyətlidir.
7- Böyüdükcə artıq sizi sirdaşı olaraq görməyə başlayacaq. İnsanların içərisində yaşadığı ilk utandırıcı anında belə sizin qollarınızda özünü etibarda hiss edəcək.