Ev qəzalarından ən çox təsirlənən ailə fərdləri sırasıyla uşaqlar, yaşlılar və qadınlar. Ev qəzalarının ən sıx görülən səbəblərini isə belə sıralamaq olar:
1. Yıxılma və dəymələr
2. Kəsiklər
3. Xarici cisimlərlə boğulma və ya tıxanma
4. Suda boğulma
5. Zəhərlənmə
6. Yanıqlar
7. Elektrik vurması
8. Silah yaralanmaları
Xüsusilə uşaqların və yaşlıların qəza risklərini azaltmaq üçün bəzi sadə tədbirlər almaq mümkündür.
• Sürüşkən yerlərdə tədbir alınması, yerdəki xalça, kilim, aksesuar v. b. əşyanın götürülməsi sürüşərək və ya ilişərək düşmə təhlükəsini azaldar. Ayrıca evdəki sərt künclərə yumşaq yastıq bağlanması uşaqlar üçün yaxşı bir tədbir ola bilər.
• Yenə kəsiklərin qarşısını ala bilmək üçün bıçaq, qayçı, ülgüc kimi kəsici alətləri, qırıla biləcək şüşə əşyanı, iti uclu və qırıq oyuncaqları uşaqların çata bilməyəcəkləri şəkildə ortadan qaldırmaq doğru olacaq.
• Uşaqların evdə boğulmalarının qarşısını almaq üçün boğazda qala biləcək ləbləbi, şəkər, toplu iynə, muncuq, ləl-cəvahirat, düymə, sosiska kimi şeylərin ortada qoyulmaması, suda boğulmaların önünə keçə bilmək üçün də vedrədə, ləyəndə su unudulmaması çox əhəmiyyətlidir. Uşaqları yuyunma ərəfəsində heç vaxt tək buraxmamaq, qapıya, telefona baxmaq üçün də yanından ayrılmamaq lazımdır.
• Zəhərlənmələrim qarşısını almaq üçün tarixi keçmiş qida və dərmanlar dərhal atılmalıdır. Kimyəvi maddələr və təmizlik vəsaitləri ilə böcək və siçan zəhərləri mütləq uşaqların çata bilməyəcəyi bağlı şkaf və ya kilidli yerlərdə saxlanmalıdır. Bu vəsaitlər su, süd və ya içki şüşələrinə qoyulmamalıdır.
• Yanıqlardan qorunmaq üçün uşağınızı soba yanında qoymayın. Çata biləcəkləri yerlərdə qaynar su dolu qab, vedrə, qazan, takılı ütü saxlamayın. Masada və ocaqda qazanın, tavanın sapını içə dönük qoyun.
• Elektrik vurmasından qorunmaq üçün evdə açıq elektrik kabeli və ştepsel buraxmayın. Ştepselləri uşaqların çata bilməyəcəyi yüksəkliyə qaldırın.
• Silahlarınızı evin gizli və kilidli bir hissəsində saxlayın. Silahınız boş və təhlükəsizliyi bağlı olsun. Silahınızı uşağınızın qarşısında təmizləməyin.