Ana Laylası.
Dünyada bundan daha gözəl bir musiqi, nəğmə, melodi, bəstə varmıdır? Körpənin şirin yuxuya dalmağı üçün vucudunu
beşik edərək daşıyan Ananın üstümüzü sevgiylə örtən yorğanıdır laylalar. Ana laylası Əziz Ana laylası müqəddəsdir.
Hansı yaşda olursansa ol, Sən həmişə bir uşaqsan Ana üçün. Anaları heç bir zaman unutmamalı, qədr qiymətini bilməli.Çünki onlar hər zaman bizim keşiyimizdə durublar.
Balama can demişəm
Ağlama can demişəm
Balamın dili açılan günə
Quzu qurban demişəm
***
Layla dedim yatasan
Qızıl gülə batasan
Qızıl güllər içində
Şirin yuxu tapasan
***
Laylası dərin bala
Yuxusu şirin bala
Tanrıdan əhdim budu
Toyunu görüm bala
***
Layla dedim yatanda,
Gözdüyərəm ay batanda,
Canım zinhara gəldi,
Sən hasilə çatınca.
***
Layla əməyim bala,
Duzum çörəyim bala,
Gözdüyürəm yekələn,
Görüm köməyin bala.
***
Laylay beşiyim layla
Öyüm eşiyim layla
Sən get şirin yuxuya
Çəkim keşiyin layla
***
Laylay dedim boyunca
Baş yastığa qoyunca
Pardaxlan qızıl gülüm
Bir qoxluyum doyunca
***
Balam layla a layla
Körpəm layla a layla
***
Layla dedim hemişə,
Karvan gedər enişə,
Yastığında gül bitsin,
Döşəyinde bənövşə.
***
Layla dedim gündə mən,
Kölgədə sən gündə mən
İldə bir qurban olar,
Sənə qurban gündə mən
***
Layla əməyim bala,
Duzum çörəyim bala,
Gözdüyürem yekelen,
Görüm kömeyin bala.
***
Laylay beşiyim laylay,
Evim, eşiyim laylay.
Sən get şirin yuxuya,
Çəkim keşiyin laylay.
***
Laylay dedim yatasan,
Qızıl gülə batasan.
Qızılgül kölgəsində
Şirin yuxu tapasan
***
Balam laylay, a laylay,
Körpəm laylay, a laylay
Xanımlar bəs siz necə, körpə balalarınızı yatızdırarkən onlara layla oxuyursunumu?