Dırnağını yeyən uşağı bu hərəkətindən çəkindirmək istəyirsinisə,
əmr cümlələrini birdəfəlik unudun.
Məsələn,"Dırnağını yemə!", "Əlini ağzından çək!" və s. kimi...
Çünki belə əmrlər uşağı çəkindirməkdənsə,onu bu hərəkətə daha da "həvəsləndirir."
Beləliklə,bu hərəkət uşağın beyninə yerləşir.
Nəticədə uşaq darıxıdıqda və ya hər hansı bir məşğuliyyət tapmadıqda
dırnaqlarını yeməyə başlayır.
Ən yaxşısı dırnağını yeyərkən uşağın diqqətini yayındırmaqdır.
Bu vərdişi uşağın beynindən çıxarana qədər "əməliyyatlara" davam etməlisiniz.