Qadin.NET / Uşaqlar niyə gec danışırlar?

Uşaqlar niyə gec danışırlar?

Uşaqlar niyə gec danışırlar?

Valideyinlər çox zaman uşaqlarının gec danışmasından və ya qüsurlu danışmasından şikayətlənirlər. Amma bunun əsas səbəbinin elə onların özlərində olmasından çoxları xəbərsizdilər.
Uşaqların gec danışması, nitqində qüsurların olmasının əsas səbəbi məhz ailədə uşaqlarla unsiyyət qurulmaması ilə bağlıdır.
Mütəxəssislər məsləhət görür ki, uşaqlar nəisə danışdıqda onu diqqətlə dinləmək lazımdır. Danışdığı şey önəmsiz olsa belə. Çünki uşaq ona ciddi yanaşıldığını görəndə danışma həvəsi yaranır ki, bu da nitqin inkişafına müsbət təsir edir.
Yeni danışmağa başladıqda uşaqlar bəzi sözləri səhv də deyə bilər. Bu zaman onların sözünü kəsib düzəliş etmək də məqsədəuyğun deyil.
Uşaqlar bəzən heç nəyə bənzəməyən şəkillər çəkillər, müxtəlif fiqurlar düzəldirlər, bir cox valideyinlər buna əhəmiyyət vermədən onları zibil qutusuna atırlar. Belə davranış da uşaqları həvəsdən salır. Amma unutmayın ki, bu uşaqların bacarığını inkişaf etdirməsinə yol açır.
2 sentyabr 2010
GO BACK